MarketinqMəzmun MarketinqiRəqəmsal MarketinqSosial Media Marketinq

Məzmun Marketinqi – Sosial Media üçün effektiv məzmunlar necə hazırlanmalıdır?

0
məzmun marketinqi

Rəqəmsal Marketinqə başlayan hər kəsin yolu əvvəl-axır Məzmun Marketinqindən, Məzmun hazırlamaqdan keçir. Lakin qulağa çox sadə gəlsə də, effektiv və təsirli məzmun yaratmaq olduqca diqqət və vaxt sərf edilməli olan bir prosesdir. Təbii ki, sərf edilən bu enerjinin qarşılığında əldə edəcəklərimizi düşündükdə ilk olaraq ağıllara bu sual gəlir: Düzgün sosial media məzmunları necə hazırlanmalıdır?

Məzmunlar hazırlanarkən xitab ediləcək hədəf kütlənin çox yaxşı araşdırılaraq onlarla empatiya qurmaq, nəyə ehtiyaclarının olduğunu, hansı mövzularla maraqlandıqlarını düzgün müəyyənləşdirmək hazırlanacaq məzmunların birbaşa hədəfə istiqamətlənməsinə şərait yaradır. Təsirli bir məzmun üçün gündəmi və trendləri daima izləmək və bu mövzulara uyğunlaşa bilmək çox vacibdir. Hədəf kütlənizi düzgün analiz edərək nələrə müsbət reaksiya verdiklərini müəyyənləşdirərək sonrakı məzmunlarınız üçün bu məlumatları istifadə edib izləyicilərlə artan və faydalı bir əlaqəyə keçə bilərsiniz. Müştərilərinizdə şirkətinizə qarşı bir bağlılıq hissi yaratmaq, bir-bir ailə üzvləriniz halına gətirmək onların hisslərinə və düşüncələrinə xitab etməkdən keçir.

Sosial Media Menecmenti planlamaq, məzmun yaratmaq və düzgün analiz etmək işidir.  Sadə bir izah kimi görünsə də içində bir çox fərqli detallar əks etdirən, daima dinamika tələb edən və olduqca ehtiyac hiss edilən bir sahədir. Məzmun Marketinqi də Sosial Media Marketinqi və dolayısı ilə Sosial Media Menecmentində ən çox istifadə olunan üsullardan biridir.

Məzmun marketinqi planınıza daxil edə biləcəyiniz bir neçə detal

İzləyicilərinizi sual verməyə sövq edin

Hədəf kütlənizi, izləyicilərinizi sual verməyə sövq etmək, səhifənizdə aktivlik yaratmağın ən effektiv üsullarındandır. Məsələn, müəyyən bir mövzu və paylaşım tarixi müəyyən edib, izləyicilərinizə bu mövzu barədə soruşacaqları sualların kimlər tərəfindən cavablanacağı məlumatını verə bilərsiniz. Səhifənizə gələn sualları işçiləriniz və ya öz sahəsində peşəkar olan şəxslər ilə birlikdə bir video və ya Facebook / Instagram canlı yayımı vasitəsilə cavablaya bilərsiniz. Uyğun şərait varsa mütəmadi olaraq sual-cavab sessiyalarını təkrarlayaraq izləyicilərinizə qaranlıq olan məqamları aydınlaşdıra bilərsiniz. Bu strategiya ilə hədəf kütləniz şirkətiniz ilə empatiya quracaq və onları sizə bağlaya biləcək dəyərli məlumatlar əldə edə biləcəklər.

😍Emosiyalarla hisslərinizi izah edin🥰

Aparılan tədqiqatlar, emosiya istifadə edilən məzmunların, istifadə edilməyənlərə nisbətdə daha yüksək reaksiya aldığını sübut edir. Emosiyaları, səmimiyyətinizi ifadə etməyə köməkçi olan vasitələr olaraq düşünün.

İzləyicilərinizin paylaşımlarını ciddiyə alın

İzləyiciləriniz tərəfindən göndərilən və ya paylaşılan məzmunlara, hekayələrə öz səhifənizdə yer verməyi yoxlaya bilərsiniz. Edəcəyiniz bu paylaşımlar, izləyicilərinizin özlərini dəyərli hiss etməklərinə şərait yaradacaq və brendinizlə emosional bir əlaqə qurmaqlarına kömək olacaq. Bu cür paylaşımların, digərlərinə nisbətən daha çox reaksiya alması, Facebookun və Facebook istifadəçilərinin səmimiyyəti sevdiyini göstərir.

itcity academy
Zarafat edirəm ha, bu o deyil 😂😂

Müsabiqələr keçirdin

Müsabiqələr Facebookdakı aktivliyinizi olduqca yüksəldə bilir. İzləyicilərinizə, brend imicinizə zidd olmayan, onları hərəkətə keçirdə biləcək, cəlbedici və əyləncəli bir oyun hazırlaya bilər, müsabiqələr keçirə bilər, hədiyyələr verə bilərsiniz.

189 Taxi
189 Taxi-dən interaktiv video müsabiqə

İzləyicilərinizə suallar verin

Sual verdiyiniz məzmunlar ilə izləyicilərinizi aktivləşdirə, səhifənizin artımını sürətləndirə bilərsiniz. Bunu mütləq şəkil və ya mətn ilə etmək məcburiyyətində də deyilsiniz.  Canlı yayım açaraq izləyicilərinizdən suallar soruşa və cavablar ala bilərsiniz.

Mikrofon Səndə Konspeti

RTM (Real Time Marketing) – məzmunlar hazırlayın

RTM-lər ən yaxşı və ən faydalı məzmunlardandır. Azərbaycanda istifadəsi bir qədər məqsədindən kənara çıxaraq çox kütləvi hal alsa da, demək olarki bütün şirkətlər RTM etmək üçün dəridən-qabıqdan çıxsalar da, bu məzmun növü sadəcə düzgün zamanlama və yanaşma ilə effekt verə bilir. Real Time Marketing üçün də gündəmi yaxından izləmək və sürətli davranmaq lazımdır. Ölkədə və ya dünyada, o gün və o saatlarda kütlə üçün vacib olan hadisələri izləmək və bunları sosial media məzmunlarınızla uyğunlaşdırmaq aktivliyinizə aktivlik qata biləcək vacib faktorlardan biridir.

158 taxi
158 Taxi-dən RTM nümunəsi

Dəyərlərinizdən danışın

İstifadəçilər, pul qazanmaqdan çox daha fərqli detalları üstünlük bilən və gözləyən şirkətləri sevirlər. Buna görə də Facebook səhifənizi sadəcə şirkətinizin reklam və elanları ilə doldurmayın. Bunlardan başqa sevdiyiniz və əhəmiyyət verdiyiniz dəyərlər ilə bağlı da danışın. Gəlir məqsədi güdməyən və dəstəklədiyiniz işlərlə bağlı yenilikləri, şirkət olaraq qoşulduğunuz yardım kampaniyalarını və ya üzərində işlədiyiniz sosial məsuliyyət layihələrini Facebook səhifənizdə paylaşa bilərsiniz.

starex
Starexdən gözəl addım – KSM layihəsi

Real həyatdan məzmunlara daha çox yer verin

Facebook səhifənizdə sadəcə məhsul / xidmət satmağa istiqamətlənmiş məzmunlar paylaşmağınız, müəyyən bir müddət sonra izləyicilərinizin sıxılmasına və səhifənizi tərk etməklərinə yol aça bilər. Buna mane olmaq üçün şirkət barədə məzmunlarla yanaşı real həyatdan məzmunlar hazırlaya bilərsiniz. Həftə sonu gedilə biləcək eventlər, Yay aylarında Bakıda gəzilə biləcək ən gözəl yerlər, Koronavirus bitər-bitməz ziyarət etməli olduğunuz 10 möhtəşəm məkan, Sevimli pişiklərin ürəkləri isidən şəkilləri və s. . Əslində, hər şey bu qədər sadədir.

Şəkilləriniz daha yaradıcı olsun

Fərqli dizaynlar ilə karusel paylaşımlar hazırlayın, slideshow paylaşın, 360 dərəcə video və şəkil paylaşımları edin. Şəkillərinizi ön plana çıxartmaq üçün Facebookun bizlərə təqdim etdiyi bütün imkanlardan faydalanmağa çalışın.

Image may contain: 1 person, standing and outdoor
Khalig Zamanov tərəfindən hazırlanmış dizayn

Xüsusi günlərə xüsusi diqqət göstərin

Bəzi günlər istər sosial mediada, istərsə də real həyatda diqqət tələb edən günlərdir. Günlər özləri tələb etməsələr də qarşı tərəf, həmsöhbətimiz, dostumuz, ailəmiz, sevdiklərimiz və ya bütövlükdə götürəsi olsa hədəf kütləmiz bu xüsusi günlərdə xüsusi diqqət görmək istəyirlər. Məzmun planınızı hazırlayarkən bunu unutmayın. Əmin olun ki izləyicilərinizlə quracağınız emosional yaxınlıq siz onlardan fiziki olaraq nə qədər uzaqda olsanız da olduqca təsir edici olacaq.


Biraz da reklam planlamasından danışmaq istəyirəm. Aqressiv marketinq, çox yaxşı nəticələr verə bilər ancaq televizor əsrinin geridə qalmaq üzrə olduğunu da xatırlatmalıyam. Xüsusilə hədəf kütlənizin əsası yeni nəsildən ibarətdirsə daha da diqqətli olmalısınız. Unutmayın, artıq məzmun çoxdur və alternativlər də boldur. Ən sadə bir nümunə kimi sadəcə 2 ay əvvəl sosial mediada hər gün yaradılan məzmunlarla, karantin günlərində yaradılan məzmunlar arasında on dəfələrlə say fərqi var. Bu qədər məzmun arasında verəcəyiniz mesajlar faydalı, kommunikasiya diliniz asan və başa düşülən, müraciətiniz hədəf kütləyə istiqamətlənmiş, məzmununuz isə paylaşdığınız platformaya uyğun olmalıdır. Özünüzü oyundan kənarda saxlamayın, rəqabət çox ciddidir.

Kütlə ilə məzmunu və dizaynı düzgün mesaj vasitəsilə görüşdürməlisiniz. Kütlənin marağını cəlb edəcək və şirkətinizlə əlaqəsini gücləndirəcək yollar tapmalısınız. Bu mütləq bir müsabiqə və ya hədiyyə olmalıdır deyə bir şey yoxdur, düzgün mesaj verməyi bacarsanız şirkəti izləyən şəxslər ilə bir münasibət qurmağa başlaya biləcəksiniz. Buna görə də faydalı və təsirli sosial media məzmunu üçün ən düzgün addım hədəf kütlənizi tanıyaraq, onlarla sizinlə əlaqə qurmaq istəyəcəkləri formada danışa bilməkdir.

Sadəcə Instagramda şirkətlərimizi gündəlik 100 milyonlarla paylaşımın edildiyi bir dünyada yaşadıb böyütməyə çalışırıq. Buna əlavə olaraq hədəf kütləmizin də sosial media platformalarında ortalama 2-3 saat vaxt keçirtidiyini nəzərə alası olsaq, daima dəyişən və artan bir məzmun ehtiyacı olduğunu görə bilərik. İqtisadiyyatın təməl qaydalarından olan tələb-təklif qaydasını xatırladaraq sizin də bu oyunda iştirak etməli olduğunuzu qeyd etməliyəm.

Bəs bu qədər oyunçu varkən necə fərqliləşə bilərik?

Hədəf kütləni çox yaxşı analiz edərək düzgün personalar çıxartmaq və bunlara əsasən məzmun planını formalaşdırmaq yaxşı bir məzmun hazırlamağın başlıca addımlarıdır. Hədəf kütlənizin əlaqəyə keçmək istəyəcəyi məzmunlara ehtiyacınız var. Maraq dairələri ilə əlaqələdirə biləcəyiniz, yaşadıqları problemlərin həlləri, əylənmək – öyrənmək – təsəlli tapmaq – inkişaf etmək – paylaşmaq kimi insani ehtiyacların mənbəyi olaraq görülən məzmunların təsir gücü olduqca yüksəkdir.

Yuxarıda yazdıqlarımı nəzərə alaraq planlanmış bir sosial media idarəetməsinin, real hədəf kütləsinə çatmaq şansı olduqca çoxdur. Əlbəttə ki, sosial media və rəqəmsal dünya, daima yeni bir baxış bucağına ehtiyac duyan, dayanmadan yenilənən və olduqca aktiv fəaliyyətdə olan bir sahədir. Sosial mediada uğurunuza təsir edə biləcək bir çox fərqli parametrlər var və bu parametrlərin hər biri hələ də inkişaf etməyə davam edir. Bu mövzuda bu yazıda qeyd edəcəyin son fikrim də elə məhz bu məsələ ətrafındadır. Sosial Mediada öz məzmunlarınızla uğur qazanmaq istəyirsinizsə sosial medianı tanıyın, oradakıları və sabah onları əvəz edəcəkləri tanıyın, parametrləri və funskiyaları öyrənin, nəyi, nə zaman və necə edəcəyinizi unutmayın.

Persona nədir? Düzgün hədəf kütlə Personası hazırlamaq üçün 20 sual

Previous article

Necə Rəqəmsal Marketinq mütəxəssisi ola bilərəm? Mən bu işə necə başladım?

Next article

You may also like

Comments

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

More in Marketinq