Rəqəmsal MarketinqTerminlər

Mobil tətbiqetmələr üçün SEO – App Indexing və Deep Linking nədir? Google-a necə indexləyək?

0
mobile seo

Axtarış mühərriklərinin bir web saytı tapması və uyğun axtarış sorğularında düzgün nəticələri təqdim edə bilməsi üçün icazələr ən bəsit izahla URL(Link)-lər vasitəsilə reallaşdırılır. Web saytlarda URL-lər bir çox məzmun idarəetmə sistemi tərəfindən adətən avtomatik olaraq yaradılır. Lakin, mövzu web tətbiqlər (web app) və ya mobil tətbiqlər olduğu zaman əməliyyatlar nisbətən fərqlilik göstərir. Xüsusilə də mobil cihazların gündəlik alışqanlıqlarımızın xüsusi bir hissəsi halına gəldiyi bu günlərdə bir çox onlayn xidmət mobil əsaslı (mobile-first) olaraq bizlərə təqdim edilir. Beləcə həm axtarış mühərrikləri, həm də istifadəçi təcrübəsi baxımından tətbiq icazələrinin daha planlı formalaşdırılması ehtiyacı yaranır. Bu formalaşmanın ən təməlində də deep linking (dərin bağlantılar) yer alır. Lakin mövzuya keçməzdən əvvəl App Indexing barədə danışmaq istəyirəm.

App Indexing

Bildiyimiz üzrə mobil tətbiqlər web saytlara görə daha fərqli bir sistemə sahib olurlar və buradakı məzmunlara kənardan asanlıqla çatmaq o qədər də mümkün deyil. Bu həm istifadəçilər, həm də axtarış mühərrikləri baxımından məhdudiyyət olaraq görülə bilər. Bu məhdudiyyəti aradan qaldırmaq məqsədi ilə deep linking və app indexing kimi həll üsulları istifadə edilir. App indexing, tətbiqdəki məzmunların Google tərəfindən indexlənib axtarış nəticələrində yer tapmasına şərait yaradan bir sistemdir.  İstifadəçi uyğun axtarışı etdikdən sonra tətbiq məzmunu Google nəticələrində yer alırsa və istifadəçi bu linkə daxil olursa tətbiqetmə bu cihazın daxilində axtarılmağa başlanır. Tətbiqetmə cihazda yüklənmiş haldadırsa müsbət cavab gedi qayıdır və uyğun məzmun / ekran açılır. Əgər tətbiqetmə yüklənməyibsə istifadəçi tətbiqetməyə aid Google Play Store və ya App Store-dakı tətbiqetmə səhifəsinə yönləndirilir. Beləcə, əgər mobil tətbiqetmə daxilindəki məzmunlar düzgün bir formada Google-a əlavə edilibsə mobil tətbiqetmənin yüklənmələrində və uyğun məzmunun görüntülənməsində artım əldə etmək mümkün olur. İndi isə Deep Linkingə keçid edək.

Deep Linking (Dərin Bağlantılar)

Deep linkingi, istifadəçinin hədəflənən məzmuna birbaşa yönləndirilməsi olaraq ifadə edə bilərik.  Bu proses üçün adətən URL-lərdən faydalanırıq. Lakin, diqqət etməli olduğumuz mövzu uyğun URL-in birbaşa olaraq axtarılan məzmunu hədəfləməli olduğudur. Məsələn, saytadi.az formatındakı bir URL-I deep link olaraq ifadə edə bilmərik. Uğurlu bir deep link saytadi.com/mezmun/mezmunun-linki kimi hədəflənən məzmuna aid parametrləri əhatə etməlidir. Bu nümunələr təbii ki web saytlar üçün keçərlidir. Mövzu web və ya mobil tətbiqlər olduqda isə izləməli olduğumuz addımlar nisbətən fərqlidir.

Web sayt və tətbiqetmələrdə Deep Linking (Web Deep Linking)

Məqalənin başlanğıcında da qeyd etdiyim kimi, bir domen adı altındakı məzmunları spesifik detallarla asanlıqla işarələyə bilər və həm axtarış mühərrikləri həm də istifadəçilər üçün oxunabilən bir hala gətirə bilərik. Bunun üçün internet brauzerinin adres bölməsindəki URL bizim üçün kifayət edir. Web tətbiqetmələrdə də əgər məzmunlar URL yönləndirmə vasitəsilə göstərilirsə web saytlara bənzər bir formada əlçatan olurlar. Lakin, mobil tətbiqlər bu baxımdan web saytlardan olduqca fərqlidirlər.

Mobil Tətbiqlərdə Deep Linking (Mobile Deep Linking)

Mobil tətbiqlərdə deep linking, tətbiqi başlatmaq əvəzinə mobil tətbiqetmə daxilində yer alan bir screeni (məzmun, əməliyyat və s.) işarət edən bir URI (Uniform Resource Identifier) ilə ifadə edilə bilir. Mobil cihazın platformasına bağlı olaraq, tətbiqetməni tətikləmək üçün lazım olan URI fərqlilik göstərə bilir. Əgər bir tətbiqetmə daxilindəki bir məzmunu başqa bir istifadəçiylə paylaşmaq istəyirsinizsə sizə ehtiyacınız olan məzmuna aid bir deep link lazımdır. Əks təqdirdə, istifadəçi uyğun tətbiqi play store və ya app store üzərindən axtarmalı, tapıb yükləməli və uyğun məzmunu tətbiqetmə daxilində axtarmalıdır. Əlbəttə ki bu istifadəçi təcrübəsi baxımından olduqca problemli bir üsul olacaq. Mobil tətbiqetmələrdə rastlaşdığımız deep linkləri xüsusiyyətlərinə görə 3 fərqli başlıq altında qruplaşdıra bilərik.

Standart / Ənənəvi deep linklər

Standart deep linklərdə (standart/traditional/deep linking), myapp://path/to/content?query_string (Məs: Twitterapp://page) formasında tətbiqetməyə aid URI sxemindən istifadə edilir. Bu link tipində tətbiqetmə URI-ə daxil olan mobil cihazda yüklənmiş olmalıdır. Çünki, bir istifadəçi uyğun linkə daxil olduğunda, cihaz tətbiqetmə məzmununu URI sxemi tərəfindən təqdim edilən ünvanda axtaracaq. Tətbiqetmə cihazda mövcud olmasa və ya tətbiqetmə köhnə versiyada olsa, telefon uyğun məzmunu tapa bilməyəcək və xəta verəcək.

Ertələnmiş deep linklər (Deferred Deep Linking)

Ertlənmiş dərin linklər, web linklər ilə bənzər xüsusiyyətlərə sahibdir. Lakin tətbiqetmənin məzmunu görmək istəyən cihazda yüklənmiş olub-olmamasına görə əməliyyat reallaşdırır. Tətbiqetmə mobil cihaza yüklənibsə birbaşa olaraq axtarılan məzmun göstəriləcək. Əks təqdirdə isə, tətbiqetməni yükləyə bilmək üçün tətbiqetmə mağazasında ( Google Play Store və ya App Store) uyğun səhifə açılır və tətbiqetmə yükləndikdən sonra birbaşa olaraq axtarılan məzmun istifadəçiyə təqdim edilir. Əgər tətbiqetmə yüklənməsə istifadəçiyə heç bir nəticə göstərilmir.

Kontekstual deep linklər

Kontekstual deep linklər, standart və ertələnmiş deep linklər tərəfindən təqdim olunan xüsusiyyətlərə əlavə olaraq daha çox təyinedici və xüsusiləşdirilə bilən xüsusiyyətlər təqdim edir. Beləki kontekstual deep link olaraq verilmiş məzmuna daxil olan istifadəçi tətbiq daxilində birbaşa mesaj göndərə, hər hansısa bir eventi təsdiqləyə, əməliyyat apara bilər.

Son olaraq App Streaming haqqında da danışmaq istəyirəm.

App Streaming

App Indexing nəticəsində və ya birbaşa bir deep linking paylaşımında uyğun məzmunun mobil cihazda tətbiqetmə üzərindən göstərildiyini yuxarıda bir yerlərdə qeyd etmişdim. Lakin, istifadəçilər bəzən sadəcə bir məzmunu görməkdən ötrü tətbiqetməni yükləmək istəməyə bilərlər. Bu vəziyyətlə bağlı fərqli həll üsulları mövcuddur. Bunlardan biri də App Streaming-dir. App Streaming, deep link vasitəsilə təqdim olunan məzmunun tətbiqetmənin yüklənməsinə ehtiyac olmadan görüntülənə bilməsinə şərait yaradan bir sistemdir. Bu əməliyyat üçün istifadəçinin axtarış nəticəsində yer alan Try Now (İndi Yoxla) seçiminə daxil olması kifayətdir. Daha sonra uyğun məzmun istifadəçiyə müəyyən məhdudiyyətlər tətbiq edilməklə göstərilir və istifadəçi məzmunu qənatbəxş hesab edirsə tətbiqetməni yükləyə bilir.

Tətbiqetməni Google Axtarış Nəticələrinə əlavə etmək

Yuxarıda müxtəlif texniki terminləri və bu terminlərin funksionallıqlarını izah etməyə çalışdım. Yaxşı, bəs bu biliklərdən faydalana bilmək üçün mobil tətbiqetməmizi Google-a necə indexlətdirə bilərik?

Əvvəla qeyd etmək istəyirəm ki, hazırda haqqında danışacağım prosedurlar Google Search Console ilə əlaqə addımlardır və bu addımlar təəssüf ki müasir iOS App-lər üçün aktual deyil. iOS üçün CocoaPods üzərindən bənzər addımları atmalısınız. İlk addımımız tətbiqetmənin deep linking xüsusiyyətini aktiv hala gətirməkdir. Daha sonra tətbiqetməni Google Search Console-a əlavə edə və hazırladığımız səhifələri test edə bilərik. Bu mərhələdə tətbiqetməni bir web sayt ilə əlaqələndirməliyik. Həm tətbiqetmənin, həm də web saytın hansı səhifələrinin, məzmunlarının indexlənəciyinə nəzarət edə bilirik. Bu barədə daha ətraflı məlumat üçün Google-un rəsmi App Indexing on Google Search səhifəsindən əldə edə bilərsiniz.

Android

URI sxeması bir internet brauzeri ilə əlaqəli olaraq ənənəvi http:// link formatını istifadə edir. Bu xüsusiləşdirilmiş link, tətbiqetmənin başladıla bilməsi üçün bir JavaScript yönləndirmə kodunu əhatə edir və beləcə brauzer bu linkə daxil olduqda tətbiqetmənin uyğun səhifəsi başladıla bilir. Lakin, tətbiqetmənin telefonda yüklənmiş olmadığı hallarda isə yerləşdirilmiş JavaScript snippet istifadəçini Play Store-a yönləndirir. URI scheme strukturu Androiddə əsas funksiya olsa da, Apple, Univerisal Links adlı başqa bir yanaşmadan istifadə edir.

iOS

iOS 9-dan etibarən Apple, Universal Links olaraq adlandırdığı link strukturunu bu mövzu ilə bağlı bir həll olaraq təqdim edir. Beləcə bir web saytı və bir mobil tətbiq daxilindəki məzmunu işarəgöstərən web linkləri (http://…) etiketləyə bilirik. Bir Universal  Linkə daxil olduğumuz zaman iOS uyğun bir mobil tətbiqin cihazda mövcud olub-olmadığını yoxlayır və əgər mövcud deyilsə istifadəçini Safari üzərindən App Store-a yönləndirir. Bu əməliyyatlar (Public content indexing, Personal content indexing və Log user actions) ilə bağlı olaraq Firebase App Indexing səhifəsindən texniki detalları əldə edə bilərsiniz. Son olaraq, Android və iOS-dan başqa Facebook App Links üçün də bir neçə məlumat paylaşmaq da istəyirəm.

Facebook App Links

Facebook, URI scheme deep linklərinin məhdudiyyətlərini opensource bir standart olaraq 2 əsas element üzərindən rəqəmsal marketoloq və proqramçılara təqdim edir.

1) Hər birinizə yaxından tanış olan Meta etiketləri ilə (content metadata) web sayt üzərindən uyğun gələn tətbiqetmə daxili hədəfin müəyyənləşdirilməsi və ya əgər tətbiqetmə mövcud deyilsə buna alterinativ olaraq ediləcək əməliyyatın müəyyən edilməsi.

<html>
<head>
<meta property="al:ios:url" content="applinks://docs" />
<meta property="al:ios:app_store_id" content="12345" />
<meta property="al:ios:app_name" content="App Links" />
<meta property="al:android:url" content="applinks://docs" />
<meta property="al:android:app_name" content="App Links" />
<meta property="al:android:package" content="org.applinks" />
<meta property="al:web:url"
content="http://applinks.org/documentation" />
</head>
<body>
Salam, Dünya!
</body>
</html>

2) Yönləndirmə mühərriki ilə tətbiq daxilindəki linklərin emal edilməsi: Bu mühərrik əvvəlcə tətbiqetmə linkləri üçün hədəf URL-ləri yoxlayır və daha sonra uyğun tətbiqetməni başladır ya da əvvəlcədən müəyyən edilmiş bir geridönüş davranışını (fallback behavior)-u başladır.

Bugünlük isə bu blog yazımdan bu qədər. Mövzunun olduqca qəliz olduğunu bilirəm, bacardığım qədər sadə bir formada izah etməyə çalışdım. Daha detallı isə aşağıda qeyd edəcəyim linklərdən məlumat əldə edə bilərsiniz.

Faydalı Linklər

Hər bir SEO mütəxəssisinin bilməli olduğu – User Search Intent nədir?

Previous article

Rəqəmsal Marketoloq üçün Rəqəmsalsızlaşmaq

Next article

You may also like

Comments

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir