Rəqəmsal Marketinq

Rəqəmsal Marketinq Kanalları hansılardır?

0

Elektron cihazlar və ya internet istifadə edilərək aparılan bütün marketinq fəaliyyətlərini əhatə edən rəqəmsal marketinq, müştərilərlə əlaqə qura bilmək üçün axtarış mühərrikləri, sosial media, elektron poçt, web saytlar kimi əlaqə vasitələrinin gücləndirilməsi üçün edilən bütün aktivlikləri əhatə edir. Fərqli əlaqə seçimləri və fərqli strategiyaları əhatə edən rəqəmsal marketinq fəaliyyətləri vasitəsilə büdcələr əvvəlcədən təyin edilə bilir və eyni büdcəylə bir-birindən fərqli bir çox marketinq strategiyası formalaşdırmaq mümkün olur.

Bütün brendlərin eyni anda, eyni mühitdə mövcudluq göstəməsi şərti olmadığı üçün brendin hədəf kütləsinə uyğun olaraq fərqli platformalarda fərqli strategiyalar yaratmaq mümkündür. Hədəf kütlənin xüsusiyyətlərinin müəyyən olunması brendi mövcud olması lazım olan platformaya yönləndirərək, müştərilərinə hansı strategiyalar ilə çata biləcəyi barədə də mesajlar verə bilir. Şirkətin, müştəriyə getmək ya da müştərini cəlb etmək əvəzinə birbaşa hədəflədiyi müştərinin olduğu platformalarda mövcudluq göstərməsi rəqəmsal marketinqə özəl bir üstünlükdür.

Bəs bu müştərilərə çatmaq üçün hansı Rəqəmsal Marketinq Kanallarından istifadə edilir?

PPC

Pay Per Click, müəyyən bir reklam veridliyində linkə hər daxil olmağa görə yaranan xərci ifadə edir. Açar sözlərə verilən reklamlar axtarış nəticələrində sponsorlu olaraq görünür  və sadəcə daxil olunduqda daha əvvəldən müəyyən olunan və ya avtomatik təyin olunan bir xərc formalaşır. PPC, Rəqəmsal marketinq kanalları içərisində vacib bir yerə sahibdir. Sadəcə irəli çıxmasını istədiyiniz açar sözləri isitfadə edə bildiyiniz üçün birbaşa hədəfə fokuslanır. Koversiya əmsalının xüsusi izləmə kodları ilə asanlıqla izlənilə bilməsi ölçülə bilənliyi sürətləndirir. Eyni zamanda reklam sırf məqsədinə çatdığında ödəniş edildiyi üçün digər reklam seçimlərindən daha uyğun sayılır.

SEO

Search Engine Optimisation ya da Axtarış Mühərriki Optimizasiyası, axtarış mühərriklərinin hər hansı bir axtarış reallaşdırıldığında məzmunun əlaqəlilik dərəcəsinə görə etdiyi sıralamanın orqanik bir formada optimizasiya edilməsi üçün görülən işlərdir. Müəyyən açar sözlər üçün edilən axtarışlarda web saytların məzmunları üzərində iş, texniki yaxşılaşdırılmalar və digər tədbirlər almaqla ödəniş etmədən axtarış nəticələrində yaxşı bir sıralama əldə etməyi hədəflənir. Axtarış mühərriklərinin daimi olaraq ziyarət etdiyi web səhifələrdə, verilən xidmətlə bağlı düzgün bir formada hazırlanan məzmunlar axtarış mühərriki sorğularında o web səhifənin üst sıralarda çıxmasına şərait yaradır.

Məzmun Marketinqi

“Məzmun Kraldır” ifadəsinin düzgünlüyünü sübut edərcəsinə hər keçən gün daha çox istifadə edilən bir reklam vasitəsi halına gələn məzmunlar, marketinq alətləri arasında da çox vacib bir yerə sahibdir. Xüsusilə Inbound marketinq strategiyasında önə çıxan məzmun marketinqi, birbaşa məhsulun və ya xidmətin reklamını etməkdən fərqli olaraq maraqlı məzmunlar yaradaraq hədəf kütlənin maraqlarından düzgün istifadə etmək mənasını verir. Buna görə də məzmun marketinqi strategiyalarını tətbiq edərkən məzmunlar marketoloqlar tərəfindən yox hədəf kütləyə xitab edə bilən məzmun yazarları tərəfindən yazılmalıdır. Çünki məqsəd reklam etmək deyil, müştərilərin marağını çəkərək daima izlənilən olmaqdır.

Email Marketinq

Ən köhnə rəqəmsal marketinq kanallarından olan e-mail marketinq, aktiv olaraq isitfadə edildiyində digər rəqəmsal marketinq vasitələrindən daha yüksək bir ROI əldə etmək mümkün ola bilir. E-mail marketinq, müəyyən bir kütləyə birbaşa çatmaq və hədəfə istiqamətlənmiş müəyyən təşviqat kampaniyaları üçün istifadə edilən bir marketinq kanalıdır. Hədəfləmənin dəqiqliyi, aşağı büdcəsi, xüsusiləşdirmə imkanı və ölçülə bilirliyi ilə olduqca təsirli bir üsuldur. Həm mövcud həm də potensial müştərilərlə birbaşa əlaqə içində qalaraq müştəri əlaqələrinin idarə edilməsində də xüsusi bir yerə sahibdir.

Sosial Media Marketinq

Bir çox fərqli kanal və platforma üzərindən aparıla bilən sosial media marketinq, şirkətlərin müştəriləri ilə birbaşa əlaqə halında olmalarına, yeniliklərdən və kampaniyalardan müştərilərin çox sürətli xəbərdar edilməsinə və geri dönüşlərin alınaraq müştərilərə özəl həllər yaradılmasına imkan verir. Dinamik və ölçüləbilən bir rəqəmsal marketinq kanalı olan Sosial Media Marketinq ilə aşağı büdcələrlə yüksək nəticələr əldə etmək mümkündür. İnternet üzərindən reallaşdırıldığı üçün asanlıqla ölçülə bilən Sosial Media Marketinq, son illərin ən çox istifadə edilən marketinq üsullarından biridir.

Inbound Marketinq

Müştəriyə getmək yerinə müştərini məhsula ya da xidmətə doğru çəkmək üçün inbound marketinq ilə fərqli konspetlərdə yaradılan məzmunlarla hədəf kütlənin marağını cəlb etmək hədəflənir. Düzgün analizlərdən sonra ortaya çıxarılan məzmunlar brendin imicini artırır, mövcud və potensial müştərilərin marağını aktiv saxlayaraq brendin unudulmamasına və izlənilməsinə gətirib çıxarır. Inbound marketinq məzmunları SEO qaydalarına uyğun, diqqət çəkən və yeni məzmunlardır. Inbound Marketinq, web sayta sahib olan bütün şirkətlərin asanlıqla tətbiq edə biləcəyi, aşağı büdcəli ancaq yüksək gəlir potensialı olan bir marketinq vasitəsidir.

Affiliate Marketinq / Satış Ortaqlığı Marketinqi

Bir şirkətin marketinq fəaliyyətləri içərisində başqa bir şirkət olan ortaqdan dəstək görməsi olaraq izah edilən Affilliate Marketinq, son illərdə istifadəsi olduqca artan bir marketinq kanalıdır. Azərbaycan üçün hazırda çox da aktiv olaraq istifadə edilən bir üsul olmasa da elektron ticarətin inkişafı ilə birlikdə Affilliate Marketinq tətbiq edən şirkətlərin də sayının yaxında artacağını proqnozlaşdırmaq olar. Satış ortağı sözündən də başa düşə biləcəyiniz kimi, müəyyən bir platforma ya da sosial media vasitəsilə məhsul və ya xidmətin reklamını etməsi qarşılığında bir reklam ödənişi mövcud olur. Beləcə həm satış ortağı reklam edərək gəlir qazanır həm də şirkət sahibi edlən reklamlar vasitəsilə müştəri qazanır. Olduqca böyük şirkətlər tərəfindən də tətbiq olunan satış ortaqlığı marketinqi təyin oluna bilən büdcəsi və asan tətbiq oluna bilməsi ilə hər böyüklükdəki şirkət üçün istifadəsi mümkün bir marketinq üsuludur.

Native / Təbii Reklamçılıq

Reklamın hər hansı bir məzmuna uyğun bir üsulla yerləşdirilərək, çox da göz yormadan ancaq dəqiq bir formada ifadə edilmiş növünə təbii reklamçılıq deyilir. Məzmun marketinqinin geniş yayılmasından sonra ortaya çıxan təbii reklamçılıq, oxuyucunu ya da izləyicini narahat etmədən reklam yerləşdirməyi hədəfləyir. Müştərilər məzmuda reklam olduğunu hiss edir ancaq reklam müştərini yormadan məhsul haqqında məlumat verir. Adətən sponsorlu məhsul tərzində paylaşılan təbii reklamlar son illərdə olduqca sıx istifadə edilən rəqəmsal marketinq kanallarındandır.

Rəqəmsal PR

Rəqəmsal PR ya da Rəqəmsal İctimaiyyətlə Əlaqələr, kifayət qədər inkişaf etmiş bir rəqəmsal marketinq kanalıdır. Rəqəmsal əlaqə kanalları istifadə edilərək tətbiq edildiyi üçün ənənəvi marketinq üsullarından daha asan və daha sürətli nəticə əldə etmək mümkündür. Fərqli kanallar üzərindən məhsul ya da xidmətə dair aydın məzmunlar istifadə edərək reallaşdırılan bir növ ictimaiyyətlə əlaqələr proseduru olan rəqəmsal pr ilə şirkətin kampaniyaları, korporativ sosial məsuliyyət layihələri, brend imici kimi mövzuların ictimaiyyətə çatdırılması və onlarla əlaqə qurmaq hədəflənir.

Müştəri Təcrübəsi

Karantin günlərinin də verdiyi bu acı təcrübə və texnoloji inkişafla birlikdə insanlar fiziki mağazalara gedib satış menecerləri ilə görüşmək yerinə online platformalarda məhsulu ya da xidməti araşdıraraq bir fikir sahibi olmağa üstünlük verirlər. Sosial Media kimi insanların vaxtını bir yerdə keçirməyə yarayan platformalar, eyni zamanda müştərilərin məhsullar ya da xidmətlər haqqında bir-birlərindən məlumat aldıqları olduqca aktiv məkanlardır. Beləliklə məhsul ya da xidmətin araşdırılması üçün fərqli kanalların istifadə edilməsi “müştəri təcrübəsi” olaraq adlandırılan başqa bir anlayışın meydana çıxmasına şərait yaratdı.

Müştəri təcrübəsi, müştərinin şirkət və ya brendlə əlaqəyə keçdiyi anda yaşadığı təcrübələri əks etdirir. Bu anlayışın ortaya çıxması ilə birlikdə müştərilərlə əlaqəni idarə etməyi hədəfləyən CRM (Müştərilərlə əlaqələrin idarə edilməsi) adlı bir system inkişaf etdirilmişdi və bu system marketinq texnologiyalarının hazırda ən vacib hissələrindən biridir. Bu sistem vasitəsilə müştərinin brendlə əlaqəyə keçdiyi bütün platformalar üzərində və hər zaman eyni təcrübəni yaşaması və beləliklə bir brend anlayışını mənimsəməsi gözlənilir. Rəqəmsal marketinq üçün də olduqca vacib bir yerə sahib olan CRM, brend-müştəri əlaqəsinin inkişafına və daimiliyinə şərait yaratmaq üçün bir vacibiyyət halını alıb.

İnkişaf edən texnologiyaya və artan internet istifadəsinə bağlı olaraq müştəri alışqanlıqlarının dəyişməsi marketinq texnologiyalarının da dəyişməsinə və inkişafına gətirib çıxarıb. İnkişaf etdirilən çox kanallı strategiyalar, müştərini hər mühitdə və hər zaman məmnun etməyə və müştəri ilə əlaqələri artırmağa istiqamətlənən hədəflər yaradır.  Bu hədəflər əsasında brendlər fiziki mövcudluqlarından daha çox internet üzərindəki mövcudiyyətlərini ön planda tutaraq məhsullarla doldu bir mağaza yaratmağa ehtiyac duymadan müştərilərlə əlaqələrini möhkəmləndirməyə fokuslanırlar. Şirkətlər məhsullarını satmaları üçün onlara bir çox fürsət yaradan Rəqəmsal Marketinq vasitəsilə müştərilərinə 7/24 dəstək verə bilir və hər müştəri üçün ayrı bir dəyər formalaşdıra bilirlər. Müştərilərin hər biri üçün yaradılan bu xüsusi münasibət, sadiq müştəri deyilən, istehlakçı olaraq qalmayıb, eyni zamanda reklamını edən, lazım gəldikdə isə onu digər şəxs və ya şirkətlər qarşısında müdafiə edən və şirkətlə uzun müddətli bir münasibət quran müştəri kütləsinin çoxalmasına gətirib çıxarır.

0 0 vote
Article Rating
Abonə ol
Notify of
guest
0 Comments
Inline Feedbacks
Bütün rəylərə bax
Login/Sign up