MarketinqRəqəmsal MarketinqSosial Media Marketinq

Rəqəmsal Marketinq nədir? Niyə Rəqəmsal Marketinq?

1
reqemsalmarketinq

Rəqəmsal Marketinq nədir? 

Rəqəmsal Marketinqi ümumi olaraq, ənənəvi marketinq konsepsiyasının internetdəki əksi olaraq düşünmək olar. Lakin ənənəvi marketinqin sərhədlərinə məhəl qoymadan çox daha geniş alətlərə və strategiyalara sahib olan rəqəmsal marketinq, bugünə qədər marketinqdə istifadə olunan kanalların və üsulların inkişaf etməsində çox rol oynayıb. Rəqəmsal Marketinqdə təklif edilən analitik cədvəllər, ROI, PPC kimi alətlər vasitəsilə ənənəvi marketinqdə qazanılacaq faydadan çox daha artığını əldə etmək mümkündür. Təbii ki, əldə edilən nəticələr də daha ölçülə biləndir. Bütün bunlardan belə çıxır ki, Rəqəmsal marketinq, Marketinq texnologiyalarının inkişafından ilham alaraq fərqli alət və platformalar vasitəsilə brendləri hədəf kütlələrinə çatdırmaq üçün istifadə olunur.

Hazırki dövrdə şirkətlərin ənənəvi və köklü bir sistemə sahib olmağa çalışmaqları ilə yanaşı eyni zamanda müasir və rəqəmsal bir imic yaratmağa çalışmaqları, inkişaf edən rəqəmsal texnologiyalarla uyğunlaşma proseslərini açıqlayır. Rəqəmsal platformaların təklif etdikləri imkanlara görə şirkətlər də bu rəqəmsal dünyada söz sahibi olmaq və hədəflədikləri kütlələrə eyni anda çataraq daha çox müştəri əldə etmək və ya brend imiclərini artırmaq istəyirlər.

Ənənəvi marketinq metodlarının təsirlərinin getdikcə azalması ilə birlikdə şirkətlər və brendlər fərq yarada bilmək və internetdə var ola bilmək üçün texnologiya ilə ayaqlaşmağa məcbur qaldılar. Gündəlik və iş həyatında meydana gələn dəyişikliyin təsiri qısa vaxtda marketinq alətlərinin də dəyişməsinə gətirib çıxartdı.

Rəqəmsal kanalların və alətlərin yaratdığı üstünlüklər, şirkətlərin böyük kütlələrə çatmasını asanlaşdırır və eyni zamanda xüsusiləşdirilə bildiyi üçün dəqiq hədəfləmə ilə kiçik kütlələrə də satış edə bilmək fürsəti təqdim edir. Rəqəmsal platformalar sadəcə satışı-müştəri əlaqəsini dəstəkləməklə qalmır, satışdan sonrakı mərhələlərdə də şirkət-müştəri əlalələrini möhkəmləndirməkdə olduqca kömək olur.

Niyə Rəqəmsal Marketinq?

Hədəf kütlənin haradasa tamamının rəqəmsal platformalarda olduğu bir dünyada offlayn üsullarla satış etmək bütün marketinq fəaliyyətlərinin təsirini itirməsinə səbəb olur. Rəqəmsalda aktiv olan şirkətlər, müştəri ilə əlaqə qurmaq və müştəri portfoliolarını genişləndirmək mövzusunda yüksələn bir qrafikə sahib olurlar.

Rəqəmsal Marketinqin ən böyük üstünlüklərindən biri də çox sürətli olmasıdır. Strategiya ya da hədəf nə olursa olsun, rəqəmsal marketinq fəaliyyətinə başladığınız zaman çox qısa bir vaxt ərzində çox uzun bir yol qət edə bilərsiniz. Bir neçə dəqiqə içində hazırlanan bir sosial media postu belə saniyələr içində müştərilərdən geri dönüş alaraq və ya heç almayaraq marketinq strategiyasının düzgün olub-olmadığı haqqında qərar verməyinizə kömək edə bilir. Hazırlanan məzmunların saytlara yüklənməsi, videoların paylaşılması, SEO prosedurlarının tətbiq edilməsi kimi Rəqəmsal marketinq əməliyyatları çox qısa müddətdə həyata keçirilə bilir. Beləcə texnologiyanın sürəti ilə ayaqlaşan bir marketinq növü olaraq Rəqəmsal Marketinqin, mənim fikrimcə bütün şirkətlər tərəfindən istifadə edilməsi olduqca vacibdir.

Bir məhsul ya da xidmətin rəqəmsal texnologiyalar istifadə edilərək tanıdıldığı və müştəriyə təqdim edildiyi rəqəmsal marketinq dünyasında isitfadə edilən ən başlıca texnologiya təbii ki internetdir. İnternet sistemi başlanğıc götürülərək edilən marketinq fəaliyyətləri, məhsulun, istehsalçıdan istehlakçıya rəqəmsal şəbəkələr vasitəsilə çatdırılmasına şərait yaradır. Rəqəmsal marketinq, yaratdığı qlobal, sürətli, dinamik və yaradıcı reklam seçimləri vasitəsilə digər marketinq fəaliyyətləri vasitəsilə çatılması çətin olan hədəflərə çatmağa imkan yaradır.

Rəqəmsal Marketinq fəaliyyəti, bir-biri ilə əlaqəli bir çox alətləri, fərqli kanalları və fərqli strategiyaları əhatə etdiyi üçün birbaşa olaraq istehlakçı tələbini yaratmaqda çox köməkçi olur. Tələb yaratmaq, bugünki marketinq dünyasının ən təməl strategiyalarından biridir. Bir çox rəqəmsal media kanalında xüsusiləşdirilmiş, fərqli kütlələr mövcuddur. Düzgün kütləyə düzgün kanaldan çatdığınızda tələb yaratmaq üçün sürətli və təsirli bir fəaliyyət həyata keçirə bilərsiniz. Bu üsul, broşur, flayer çap edərək maraqlanan-maraqlanmayan insanlara əldən-ələ reklam etməkdən daha təsirli və daha sürətlidir. Hansı kanaldakı, hansı kütlənin hansı məhsul və ya xidmətlə maraqlandığını bilmək isə Rəqəmsal Marketinq mütəxəssisinin işidir.

Eyni zamanda Rəqəmsal Marketinqin növləriadlı bu yazımı oxuyaraq da Rəqəmsal Marketinqdə istifadə edilən üsulların, Rəqəmsal Marketinq kanallarının və Rəqəmsal Marketinq terminlərinin açıqlamaları ilə detallı tanış ola bilərsiniz.

Netflixdə izləyə biləcəyiniz ən bəyəndiyim 20 Koreya serialı

Previous article

Rəqəmsal Marketinq Kanalları hansılardır?

Next article

You may also like

1 Comment

  1. […] Rəqəmsal Marketinqə başlayan hər kəsin yolu əvvəl-axır Məzmun Marketinqindən, Məzmun hazırlamaqdan keçir. Lakin qulağa çox sadə gəlsə də, effektiv və təsirli məzmun yaratmaq olduqca diqqət və vaxt sərf edilməli olan bir prosesdir. Təbii ki, sərf edilən bu enerjinin qarşılığında əldə edəcəklərimizi düşündükdə ilk olaraq ağıllara bu sual gəlir: Düzgün sosial media məzmunları necə hazırlanmalıdır? […]

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

More in Marketinq