FacebookInstagramSosial Media

Facebook ilə əlaqə saxlamağın ən sürətli və asan üsulu (Şəkilli izah)

Facebook ilə əlaqə saxlamaq, Facebooka mesaj yazmaq, zəng etmək və problemlərimizin həllərini gözləmək bir çoxumuza uzun və vaxt alan bir proses kimi gəlsə də bunun bir neçə asan və sürətli üsulu var. Bu yazımda bu üsullardan ən tez nəticə əldə edə biləcəyiniz bir nümunəni sizə ekran görüntüləri ilə izah edəcəm.

Facebookda dəfələrlə Rəqəmsal marketinq və sosial media barədə qruplarda Facebook və ya Instagramla bağlı problemlər yaşayan dostların paylaşımları ilə qarşılaşmışam. Aşağıda qeyd edəcəyim üsulu bir çoxunuz bilsəniz belə bilməyən dostlarımız üçün bir çox məqamda olduqca effektiv bir həll üsulu olacağını düşünürəm.

Facebookla əlaqə qurmaq istəyən bir çox dostumuz bunun üçün email, telefon nömrəsi, əlaqə formalarından falan istifadə etməyə cəhd edir və bir çox hallarda müraciətləri cavabsız qalır. Bu üsul ilə isə müraciətiniz həll edilə bilinməyəcək bir problem olsa belə cavabsız qalmayacaq və bu dəqiqələr kimi qısa bir vaxt çəkəcək.

Bu üsul əsasən Facebookda reklamverənlər üçün nəzərdə tutulsa da bir çox fərqli problemlərin həllində də istifadə edərək nəticə aldığım bir üsul olduğu üçün sizlərlə bölüşürəm. Qeyd edim ki, bu üsuldan istifadə edərək Instagram və Whatsapp ilə bağlı da suallarınıza cavab almağınız və problemlərinizi həll etməyiniz mümkündür.

İlk Addım

Facebook-un Biznes idarəçiləri üçün hazırladığı https://www.facebook.com/business/help səhifəsinə keçid edərək aşağıdakı vizualda əks etdirilən bölməyə daxil olursunuz. Facebook-u istifadə etdiyiniz dilə əsasən mətn dəyişsə də mahiyyət eynidir.

Facebook ilə əlaqə saxlamağın ən sürətli və asan üsulu (Şəkilli izah) 1
Get Started bölməsinə daxil olun

İkinci Addım

Daha sonra isə açılan səhifədə Facebooka müraciət etmək səbəbinizə uyğun olduğunu düşündüyünüz bölməni seçməlisiniz.

Facebook ilə əlaqə saxlamağın ən sürətli və asan üsulu (Şəkilli izah) 2
Probleminizin aid olduğu kateqoriya

Üçüncü Addım

Açılan ekrandan Chat with a representative düyməsinə daxil olaraq növbəti addıma keçid edə bilərsiniz. Bu düymədən yuxarıda qeyd edilən bölmələrdə də bəzi suallarınıza cavab ola bilər. Facebook ilə əlaqəyə keçməzdən əvvəl sualınızın cavabını bu bölmələrdə axtarmağınızda fayda var.

Facebook ilə əlaqə saxlamağın ən sürətli və asan üsulu (Şəkilli izah) 3
Müştəri xidmətləri ilə əlaqə düyməsi

Dördüncü Addım

Açılan səhifədə əlaqə məlumatlarınızı, istifadə etdiyiniz reklam hesabını, əsas Facebook səhifənizi və probleminiz barədə daha detallı bir neçə məlumatı qeyd edərək,

Facebook ilə əlaqə saxlamağın ən sürətli və asan üsulu (Şəkilli izah) 4
məlumatları qeyd edin

Dördüncü addım

Bütün məlumatları qeyd etdikdən sonra eyni səhifədə yerləşən Start Chat, yəni söhbətə başla bölməsinə daxil olaraq Messenger vasitəsilə Facebook rəsmi dəstək komandasına müraciət edin.

Facebook ilə əlaqə saxlamağın ən sürətli və asan üsulu (Şəkilli izah) 5
Söhbətə başlamaq üçün daxil olun

SON OLARAQ

Ən sonunda isə açılan messenger səhifəsində Facebook müştərilərə dəstək komandasından olan əməkdaşın müzakirəyə qoşulmasını gözləyin və müraciətinizi ona ünvanlayın. Təcrübələrimə əsasən bu gözləmə müddəti adətən 2-10 dəqiqə arası çəkir. Probleminizə ən optimal və sürətli cavabı bu üsul ilə əldə edə bilirsiniz. Mənim nümunəmdə gözləmə müddəti 3 dəqiqə çəkdi və problemim həll edildi. Bu arada əgər ingiliscə fikrinizi izah edə bilməyəcəksinizə bu üsulu Facebook-un dilini türkcə edərək yoxlasanız sizə qoşulan Facebook əməkdaşı Türk ola bilər və probleminizi daha rahat izah edə bilərsiniz.

Facebook ilə əlaqə saxlamağın ən sürətli və asan üsulu (Şəkilli izah) 6
Messenger ilə facebook support-a mesaj yazmaq

Ümid edirəm Tutorial tipində hazırladığım məqalə bu suala cavab axtaran bir çox dostumuza köməkçi olacaqdır.

Dəstək olmaq və daha çox insanın məlumatlanması üçün məqaləni paylaşa bilərsiniz.

2 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir