Digər

Bir bank kartı ilə limitsiz Netflix trial hesabı açmaq – #evdəqal

0

Blogumu oxuyan hər kəsi salamlayıram və #evdəqal-araq öz sosial məsuliyyətlərini yerinə yetirdikləri üçün hər birinə təşəkkür edirəm. Əminəm ki bu günlərdə film və seriallara gününüzün böyük bir hissəsini həsr edirsiniz. Dünən paylaşdığım 10 film təklifi blog yazımda filmlərin böyük bir hissəsinin Netflix platformasında olması və izləmək üçün Netflix hesabına ehtiyac olması mənə bu yazını yazdırdı.

Bu dəfəki #karantinözəl blog yazımda çox uzun müddət əvvəl istifadə etdiyim bir ədəd bank kartı ilə hər ay fərqli Netflix trial hesabları aça biləcəyiniz bir üsuldan danışacam və şəkilli olaraq izah edəcəm.

Bunun üçün bizə lazım olanlar:

1) Bir ədəd email ünvanı

2) Amerika vpn və ya proxy-si

3) Bir ədəd bank kartı

4) Bank kartında minimum 10 usd məbləğində pul

İndi isə keçək Netflixdə bir bank kartı ilə necə limitsiz Trial hesab yarada biləcəyimizin izahına:

1) İlk olaraq etməli olduğumuz şey Proxy və ya VPN vasitəsilə ip ünvanımızı Amerikaya dəyişməkdir.

2) Daha sonra Paypal-a daxil olaraq yeni paypal hesabı yaradırıq. Lakin bunu edərkən şəkildən də görəcəyiniz kimi saytın linkinin https://www.paypal.com/az/home formasında olmasına diqqət edin, çünki Amerika proxy-sində olacağımız üçün ilk olaraq Amerika üçün paypal hesabı yaratmağa yarayan https://www.paypal.com/us/home səhifəsi açılır. Bunu Azərbaycana dəyişdikdən sonra yeni Paypal hesabı qeydiyyatdan keçirirsiniz.

3) Paypal hesabını yaratdıqdan sonra sıra bank kartınızı Paypal hesabınıza əlavə etməyə gəlir.

4) Daha sonra Netflix-ə keçid edirik və Netflix trial hesabı yaratmaq üçün emailimizi daxil edirik. Lakin burada diqqət etməli olduğumuz şey Paypal-ın əksinə ünvanın Azərbaycan üçün olmamasıdır, çünki biz Amerikadan daxil olmuşuq.

5) Daha sonra Netflix hesabımızı yaradaraq ödəniş bölməsinə qədər irəliləyirik.

6) Ödəniş metodlarının içərisindən Netflixdə Azərbaycan üçün aktiv olmayan lakin Amerikada istifadə etməyin mümkün olduğu Paypal ödəniş metodunu seçirik.

7) Ödənişi Paypal vasitəsilə tamamlayırıq və Netflix hesabımızı əldə edirik 🙂

8) Daha sonra Paypala daxil olaraq əlavə etdiyimiz kartı silirik ki, növbəti ay yeni Paypal hesabı yaradarkən də eyni kartdan istifadə edə bilək.

Artıq Netflix hesabınız hazırdır, rahatlıqla istifadə edə bilərsiniz. Sınaq müddətiniz bitdikdən sonra da bu proseduru eynilə fərqli bir email ünvanı ilə təkrarlayaraq eyni bank kartı ilə yeni bir hesab yarada bilərsiniz.

Qeyd edim ki, bu üsul legal sayılmır, çox uzun müddətdir bu üsuldan istifadə etmirəm və sizə də istifadə etməyi məsləhət görmürəm, əgər ödəniş etmək imkanınız varsa ilk trial versiyadan sonra Netflix hesabınızın dəyərini ödəyərək fasiləsiz film zövqü yaşaya bilərsiniz. Bu üsuldan istifadə etməklə bütün məsuliyyəti öz üzərinizə götürmüş olursunuz, heç bir məsuliyyət qəbul etmirəm, demədi deməyin 😂

Karantin günlərində vaxtını səmərəli keçirmək istəyənlər üçün 10 film təklifim

Previous article

Netflix izləyərkən İngilis dilini öyrənmək üçün möhtəşəm üsul #evdəqal

Next article

You may also like

Comments

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

More in Digər