Terminlər

Bootstrapping nədir?

0

Bootstrapping bir startupçının öz imkanları ilə özünü fonlaması (investisiya etməsi) deməkdir. Beləliklə heç kimə pul qarşılığında hissə vermək məcburiyyətində qalmadığınız üçün, startupınız üzərində bütün qərar hüququ sizdə qalır, lakin bununla birlikdə riskləri bir investorla bölüşmək fürsətiniz də olmur.

Bootstrapping-in mərhələləri hansılardır?

1-ci mərhələdə sizə işə başlamaq üçün pul lazımdır. Bu pulun isə əsas mənbələri bunlardır: Kənara atdığınız pullar və ya İngilis dilində tez-tez istifadə olunan FFF (Friends, Family and Fouls) ailə, dostlar və ya sizə pul verəcək olan dəlilər!

İnsanın özü və ən yaxınındakılardan əldə etdiyi pul ilə işə başlaması əslində ən az sancısı olan üsuldur. Bir çox startupçı yeni startup layihələrinə əlavə iş olaraq başlayır və fulltime 9-6 iş rejiminə davam edərək yaşamını idarə etdirə biləcəyi gəlir əldə edir. Kənarda yığa bildiyi pulu isə işinə investisiya edir. Kiçik başlayır, yaradacağı dəyəri sürətlə və ən sadə halında bazara çıxarmağa tələsir.

2-ci mərhələ isə müştərilərdən əldə edilən pul ilə reallaşdırılır. Müştərilərdən aldığınız pulu şirkətə və yenə də müştərilər üçün məhsul və ya xidmətlərə xərcləyirsiniz. Bu pul çox vaxt işin davam etməsinə şərait yaradan, xərcləri qarşılayan pul olur və böyümə zamanla reallaşır. Əsas diqqət şirkətin ayaqda qalmasına şərait yaradan nağd pul axışını təmin etməkdir.

Bankdan kredit götürməyi də bu mərhələyə aid etmək olar. Avadanlıq xərcləri, komanda maaşları kimi qısa müddətli xərclərin üstəsindən gəlmək və hətta nağd pul axışındakı problemlərdən xilas olmaq üçün bank kreditindən də istifadə etmək olar. Lakin bunun sadəcə keçici bir həll üsulu olduğunu da unutmamaq lazımdır.

Startupçıya qeydlər #1

Previous article

Viral reklam nədir?

Next article

You may also like

Comments

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

More in Terminlər