CMS (Content Management System) nədir?

Açılışı Content Management System olan CMS, veb saytınıza aid məzmunları idarə etməyinizə şərait yaradan sistemlərə verilən addır. CMS-lər PHP, Python, Java və s. kimi proqramlaşdırma və CSS, HTML kimi  işarələmə dillərinin bir araya gəlməsi ilə proqramlaşdırılan sistemlərdir.

CMS üzərindən məzmunları idarə edə bilər, dəyişikliklər və yenilənmələr əlavə edə bilərik. Bununla yanaşı olaraq məzmunları tamamilə silə də bilərsiniz. Video, səs, şəkil və ya yazı kimi fərqli məzmunlardan istifadə edə bilərsiniz. CMS-lərin bir çoxunun dəstəklədiyi çoxlu istifadəçi girişi çox vacib bir funksiyadır. Çünki bu funksiya vasitəsilə sadəcə siz deyil, birdən çox istifadəçinin məzmunları idarə etmək icazəsi ola bilər. CMS sistemləri ilə veb saytınıza asanlıqla yeni səhifələr əlavə edə bilərsiniz və bunun üçün HTML kodları ilə vaxt itirməyinizə ehtiyac da qalmır.

CMS necə işləyir?

Veb saytınız ənənəvi üsul olaraq adlandırılan HTML, CSS və Javascript ilə hazırlanıbsa siz hər dəyişiklik etdiyinizdə fayllarınız serverə yüklənməlidir. Belə olduqda yenilənmə, silmə, dəyişiklik etmək kimi prosedurlar hər dəfə daha çox vaxtınızı alır. Eyni zamanda hər dəfə serverə müdaxilə etmək bir çox xətaya da səbəb ola bilər ki, bu da saytınıza zərər verə bilər. Kodlara zərər verə, səhvən çox lazımi bir neçə kodu silə bilərsiniz. Bəs bunu etməyin daha düzgün bir yolu yoxdur mu? Var! CMS istifadə edərək belə problemlər yaşamazsınız. CMS-lərdə yenilənmə, dəyişdirmə, yenisini yaratma, silmə və s. kimi proseslər zamanı serverinizlə veb brauzeriniz sinxron işləyir. Bu sistemlərin ən yaxşı tərəflərindən biri də dəyişiklikləri əvvəlki hala qaytara bilməyinizdir. Yəni etdiyiniz dəyişikliklərdə səhv varsa o zaman əvvəlki halına sadəcə bir düymə ilə qaytara bilərsiniz.

CMS-lərin növləri hansılardır?

CMS-lər aşağıdakı növlərə bölünür.

  • ECMS (Enterprise CMS): Şirkətlərin istifadə etdikləri CMS sistemlərinə verilən ümumi addır. Sənədlər, fayllar, şirkət qeydləri ya da işçilərlə bağlı bir çox gərəkli məlumatları əhatə edir.
  • WCMS (WEB CMS): Həddindən çox detala yer verməyən, sadə interfeyslərə sahib olan sistemlərdir.
  • DMS (Document Management Systems): Sənəd idarə etmə sistemləridir. Elektron sənəd, şəkil arxivi kimi məlumatların idarəedilməsi üçün istifadə edilir.
  • MCMS (Mobile CMS): Mobil telefonlardan məzmunlarınızı idarə etmək və nümayiş etdirmək fürsəti verən sistemlərdir.
  • MCMS (Media CMS): Musiqi, film, şəkil kimi media məzmunlarının idarə edilməsinə şərait yaradan sistemlərdir.

CMS-lərin faydaları nələrdir?

CMS-lər xüsusilə kiçik və orta şirkətlər üçün bir almaz dəyərindədir. CMS sistemləri vasitəsilə zaman qazanmaq və məzmunlarını asanlıqla idarə edə bilmək də bu işin faydalarındandır. Bəs başqa nə kimi faydaları var?  

  • Çox istifadəçi imkanı, xüsusilə şirkətlər üçün vacib bir amildir. Beləcə rəhbər təyin edilən birdən artıq şəxs sayt üzərində dəyişikliklər edə bilər.
  • Bir çox CMS əvvəlcədən SEO-ya uyğun olaraq proqramlaşdırılmışdır. Siz də bu vasitə ilə hədəf kütlənizə daha asanlıqla çata bilərsiniz.
  • Məzmun idarəetmə sistemlərini yeniləmək üçün ayrı bir əziyyət çəkməyinizə ehtiyac olmur, bütün bunlar mərkəzləşdirilmiş sistem tərəfindən avtomatik reallaşdırılır.
  • Bu kimi texnologiyalarda ağıla ilk gələn təhlükəsizlikdir. CMS-lərdə təhlükəsizlik ön planda və yüksək səviyyələrdədir. Əgər siz sistemi təyinatına görə istifadə etsəniz bir problem də yaşamayacaqsınız.
  • CMS-lərin asan idarəetmə panelləri olur, qarışıq vasitələr yoxdur. Məzmunları asanlıqla kateqoriyalaşdıra bilər, təqvimlər yarada bilərsiniz. Beləliklə hər şey öz əlinizdə olacaq və əvvəlcədən planlaya biləcəksiniz.
  • Hesabat çıxarmaq vaxt alan prosedurlardandır. Ən xırda bir səhvi də qəbul etmir, diqqət tələb edir. CMS ilə hesabatlarınızı da asanlıqla çıxara bilərsiniz.

Leave a Reply

Your email address will not be published.