E-ticarətMarketinq

Corona virus müddətində fiziki mağazalar e-ticarətdən necə yararlana bilər?

0

Corona virus təhlükəsi səbəbi ilə insanların evlərindən çıxmamaqları, xüsusilə fiziki ünvanı olan mağazalara ciddi formada təsir göstərdi. #evdəqal xəbərdarlığı davam edərkən də fiziki mağazalar, işlərini davam etdirə bilmək üçün e-ticarətin gücündən yararlana bilərlər.

İstehlakçı davranışları online alışverişə doğru meyl edir.

Corona virus səbəbi ilə istehlakçıların alışveriş alışqanlıqları daha çox online mağazalara doğru yönlənməyə başladı. İnsanlarla olan təması azaltmaq və virusa yoluxma riskini azaltmaq üçün istehlakçılar sifarişlərini internet mağazalarından verməyə başladılar. Bu da e-ticarətdəki əməliyyatların sayını kifayət qədər artırdı.

Fiziki mağazanızı internetə köçürərək, bu dövrdə online sifariş verən istehlakçılara çataraq, #evdəqal-an şəxslərə çata bilər, beləcə məhsul və xidmətlərinizi onlara çatdıra bilərsiniz.

Stoklarınızı yaxşı idarə edin.

Corona virusun ölkəmizdəki gələcək vəziyyətini təxmin etmək təəssüf ki hələ də mümkün deyil. Buna görə də stoklarınızı mümkün olduğu qədər yaxşı formada idarə etməlisiniz. Vacib və çox satılan məhsullarınızı müəyyən edərək, bu məhsulların stoklarını maksimum çox sayda saxlamağınız vacibdir.

Gündəlik istehlak məhsullarınız varsa, bu məhsulların yeni stoklarını da tədarük etməyiniz lazım olacaq, çünki bu dövrdə istehlakçılar bu məhsullardan tez-tez sifariş verə bilərlər.

İnternetdən sifariş – Qapıya çatdırılma

Müştərilər fiziki mağazanızı gəzirmiş kimi e-ticarət saytınızı gəzərək bəyəndikləri məhsulları səbətə əlavə edir və sifariş verirlər. Siz isə daxili kuryerləriniz və ya xarici logistika xidmətlərindən biri vasitəsilə ən qısa zamanda onlara çatdırılma xidməti göstərərək, #evdəqal prinsiplərini qoruyursunuz. Bu müddətdə logistika şirkətlərinin və kuryerlərin diqqətə almalı olduğu mövzulardan biri də təmassız çatdırılma mövzusudur. Müştərilərə qapıya çatdırılma xidmətini təklif edərək həm xüsusi bir dəyər yarada həm də satışlarınızı artıra bilərsiniz. Təbii ki bunun üçün çox güclü bir logistika sisteminə sahib olmağınız mütləqdir. Əgər daxili kuryerləriniz vasitəsilə bunu etməyiniz real görünmürsə, kuryer şirkətlərinə müraciət edə, onlarla əməkdaşlığa girə bilərsiniz.

İnternetdən sifariş – Mağazada təhvil

İstehlakçılar ehtiyaclarını ödəmək üçün müəyyən aralıqlarla mağazaları da ziyarət etdikləri üçün insan təmasını ən aza endirmək üçün fiziki mağazanızın yerləşdiyi bölgələrdə internetdən verilən sifarişləri mağazalarınızda təhvil veriləcək formada hazırlaya bilərsiniz. Sifarişlər əvvəlcədən hazırlanmış olacağı üçün istehlakçılar mağaza içərisində daha az vaxt keçirərək, daha sürətli bir formada istədiklərini almış olacaqlar. Bunun xüsusilə çatdırılma xidməti olmayan supermarketlər üçün vacib olduğunu düşünürəm.

Location (ərazi) əsaslı reklamlar verin

Fiziki mağazanızı və internetdən sifariş, mağazadan təhvil tətbiqinizi ön plana çıxartmaq üçün location əsaslı reklamlar verə bilərsiniz. Sosial media platformalarında verəcəyiniz bu reklamlar mağazanıza ən yaxın insanları hədəfləməkdə sizə kömək olacaq.

Səbət üçün minimal limit təyin edin

Səbət üçün minimal limit təyin etməyiniz, bir dəfədə müştərilərin daha çox alışveriş etməsinə şərait yaradır. Bunun səbəbi isə istehlakçıları uzunmüddətli alışverişə yönləndirməkdir. Corona virus pandemiyası səbəbi ilə mağazaların artan yükləri və iş gücünün azalması bütün xidmət prosesini çətinləşdirir. Buna görə də minimal səbət limiti təyin edərək, istehlakçıları daha uzun müddətli alışveriş etməyə yönləndirməyiniz bu müddətdə faydalı olacaq. Beləcə istehlakçılar da öz növbələrində evlərindən daha az çıxaraq virusa yoluxma risklərini azalda biləcəklər.

Kredit kartı ilə təmassız ödənişə yönləndirin

İstehlakçıları nağd ödəniş sistemi yerinə, kredit kartı ilə ödəniş etməyə yönləndirməyiniz də karantin günlərində kifayət qədər təsirli olacaq. Mağazada nağd ödəniş sistemi insan təmasını vacib qıldığı üçün Corona virus pandemiyası müddətində çox da gigiyenik bir yanaşma deyil. Virus riskini azaltmaq üçün istehlakçıları, ödəniş edərkən online ödəniş sistemlərindən (Virtual POS) istifadə etməyə yönləndirməyiniz də vacibdir.

Sosial Mediadan istifadə edin

İstehlakçıların bu müddətdə daima evdə qalmaları, sosial media istifadəsini də olduqca artırıb. Buna görə də reklam və marketinq kampaniyalarınızı sosial şəbəkələr üzərinə fokuslamağınız da geri dönüşləri artırmağınıza kömək olacaq işlər arasındadır.

Kampaniyalarınızı, məhsul və xidmətlərlə bağlı xüsusi təkliflərinizi sosial şəbəkələrdə paylaşaraq, istehlakçılara çata bilərsiniz. Bununla yanaşı sosial media reklamlarını da istifadə edərək, daha çox şəxsə çata bilər və eyni zamanda da daha əvvəl çatmaq fürsətiniz olmayan kütlələrə də çataraq, şirkətinizin yeni müştərilər qazanmasına şərait yarada bilərsiniz. Xüsusilə Corona virus karantinası müddətində istehlakçıların ehtiyac duya biləcəkləri məhsul və xidmətlər üzərindən reklamlar verməyiniz, geri dönüşləri artırmağınıza çox böyük təsir göstərəcək.

Fiziki mağazanızı internetə köçürərkən nələrə diqqət etməlisiniz?

Düzgün bir sistem seçib daha sürətli inteqrasiyaya foksulanmağınız olduqca vacibdir. Bununla yanaşı düzgün online ödəniş sistemini seçmək, məhsullarınızda keyfiyyətli və real şəkillərdən istifadə etmək, detallı məhsul açıqlamaları yazmaq da bu prosesdə görülməsi vacib işlər arasında yer alır.

İnternetdən satış etməyin fiziki mağazalar üçün üstünlükləri nələrdir?

7/24 satış etmək imkanı ilə yanaşı tək bir zonaya bağlı qalmadan olduğunuz bölgənin ətrafındakı bir çox yerə də satış edə bilmək fiziki mağazalar üçün bir üstünlükdür. Rəqəmsal marketinqdən yararlanmaq, Google üzərindən trafik çəkmək saytınızı tərk edənlərə istiqamətlənən remarketinq tədbirləri görə bilmək də bu üstünlüklər arasında yer alır. Eyni zamanda bu çətin günlərdə evdə qalan istehlakçılarla belə əlaqə qurmağınız, şirkətinizin karantin sonrasında onların yaddaşlarından çıxmayacaq bir təcrübə halına gələcəyi reallığına gətirib çıxarır. Bu günlərdə istehlakçı davranışlarını düzgün analiz etmək və tamamilə yeni online alışqanlıqlar yaranarkən bu alışqanlıqlardan biri ola bilmək mağazalar üçün qızıl dəyərindədir.

Gündəmdəkilər: Zoom proqramı nədir? Necə istifadə edilir?

Previous article

Yazacaq bir sözünüz yoxdursa, yazmayın! – Saxta xəbərçilər sizi…

Next article

You may also like

Comments

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

More in E-ticarət