Marixuana istehsalı / Beatles Tarixi … Dünya universitetlərində tədris edilən ən qəribə 10 İxtisas və Dərs

marixuana - universitet - ixtisas - fakültə

Təhsil, tədris proqramından asılı olmayaraq hər sahədə reallaşdırıla biləcək bir şeydir. Hətta bəzi ölkələrdə insanların alışqanlıqlarına görə ixtisas və dərs seçimləri dəyişiklik göstərə bilir. Vəziyyət belə olanda da bir çox universitetdə çox fərqli dərslər və ixtisaslar ilə qarşılaşa bilirik.

1)  Macəra Təhsili

Extreme sports for a good thrill! - blog - Hôtels Gouverneur ...

Macəra dedikdə əgər çox Netflix izləyir, Komiks oxuyursunuzsa ağlınıza bir super qəhrəman silueti gələ bilər amma bu dəfə məsələ başqadır. Buradakı macəra təhsili, bütünlükdə “Extreme” deyə xitab edilən adrenalinə əsaslanan idman növləri üzərindən verilən dərsləri əhatə edir. Dörd il boyunca sinifdə oturub dərs dinləmək istəməyən tələbələr, Plymouth Universitetində macəra təhsili alır, ekstrim idman növləri və təbiətlə iç-içə dərslər keçir, karyeralarını bu istiqamətdə inşa edirlər.

2)  Komiks – Cizgi Roman Sənəti

Karikaturalar və cizgi romanlar Azərbaycanda çox az bir kütləyə xitab etsə də dünya artıq bu sahəni bir incəsənət sahəsi olaraq mənimsəyib deyə bilərik. ABŞ-da cizgi romanları oxumaqla qalmayıb, çəkməyi də hədəfləyən universitet tələbələri, Minneapolis Universiteti İncəsənət və Dizayn ixtisasında “Cizgi Roman Sənəti” dərsini seçə bilirlər.

3) Beatles Tarixi

Musiqi tarixinin əfsanələrindən The Beatles-ın ilk boy göstərdiyi şəhər deyə biləcəyimiz Liverpulda, “The Beatles-ın Tarixi” adı altında universitet tələbələrinə dərs verilir. Universitetə gələnə qədər bütün ömrünü bir Beatles fanatı olaraq keçirənlər üçün əvəzedilməz olan İngiltərənin Liverpool Universitetində bəlkə də yeni John Lennon-ların, Ringo Star-ların, Paul McCartney-lərin çıxışını izləyə bilərik.

4) Marixuana İstehsalı

Marijuana Studies Degree Offered at Michigan University | Time

Bu dərs bəlkə də universitetdə qarşılaşa biləcəyiniz ən qəribə dərs kimi görünür amma Marixuana sadəcə narkotik maddə deyil. Dünyanın bir çox tibbi laborotoriyasında xərçəngli hüceyrələri yox etdiyi müşahidə edilən marixuananın, bu kimi fərqli sektorlarda istifadə edildiyi üçün dünyada bir çox qanuni satıldığı ölkə mövcuddur. Bu da Kaliforniyadakı Oaksterdam Universitetində “Tibbi Ehtiyaclar üçün Marixuana istehsalı” ixtisası olaraq qarşımıza çıxır.

5) Kuklaçılıq

Instagramın yeni fenomeni Kukla Şəmsəddin | Technote

Bu ixtisasa 80-lərin uşaqlarının yaddaşına öz damğasını vurmuş olan “The Muppets”-ın uğurunun təsadüfi olmadığının rəsmi sübutu da demək olar. 1964-cü ildən bəri Connecticut Universitetində “Kuklaçılıq” ixtisası keçirilməkdədir.

6) Müasir Mədəniyyət

Məşhurlar

Hər günə yeni bir müasir mədəniyyət nümunəsi ilə oyandığımız bu günlərdə bəlkə də daha faydalı ola biləcəyimiz ixtisaslardan biri də məhz elə budur. Televizor serialları, filmlər, avtomobillər, musiqi, tətil və jurnallar kimi mövzularla birəbir bağlı olan tələbələr üçün Bowling Green Dövlət Universitetindəki Müasir Mədəniyyət ixtisası ideal sayıla bilər.

7) Şərab İstehsalı

Şərab

Şərab, dünya tarixinin ən qədim içkilərindən biri olaraq bilinir. Fərqli növləri ilə günün müəyyən saatlarında istehlak edildiyi də tarixi qalıqlara baxılaraq başa düşülür ki, buna görə də bir çox ölkənin özünə məxsus şərab istehsalı və istehlakı tərzi mövcuddur. Yenə də ABŞ sərhədləri daxilində bu mövzuda bir tədris almaq üçün Cornell Universitetində bir ixtisas mövcuddur.

8) Əyləncə Sektoru üzrə Mühəndislik və Dizayn

Kazino

Qumarxana və bənzər əyləncə sektorunda xidmət verən sahələri dizayn etmək, yeni oyunlar tapmaq kimi mövzularda karyera qurmaq istəyənlər Nevada Las Vegasdakı bir universitetdə bu sahədə ixtisaslaşa bilirlər. Onsuz da belə bir ixtisasın Vegas xaricində bir yerdə keçirilməsini gözləmək o qədər də məntiqli olmazdı.

9) Komediya: Mətn yazarlığı və Performans

Cem Yılmaz - Komediya

Komediya, gündəlik həyat adına reallaşan hadisələrin başqa bir perspektivdən ifadə edilməsidir. Mizahla maraqlanan kütləni ələ ala bilmək üçün Kanadadakı Humber Universiteti bu mövzuda tədris verməyə qərar verib və bu vəziyyət müsbət bir reaksiya ilə qarşılanıb.

10) Avto-Moto yarışları elmi və mühəndisliyi

sport moto

Avtomobil yarışları, Dünyanın ən çox pul xərclənən idman növlərindən biri olmaqla yanaşı olduqca çox həyati risk də daşıyır. Bu işlə məşğul olacaq insanların bu mövzuda ciddi bir təhsil alması mütləqdir. Buna görə də ABŞ-da Şimali Karolinada avto-moto yarışları mövzusunda dərs verilməyə başlanılmış və demo sınaqdan sonra 20 mindən artıq müraciət aldıqdan sonra ABŞ tərəfindən universitetdə təhsil edilməsi qərara alınmışdı. ABŞ yarış sənayesi üçün əvəzedilməz olan Winston-Salem Dövlət Universitetində ‘Avto-moto yarışları elmi və mühəndisliyi” ixtisası mövcuddur.

Write a comment