Marketinq

Evdən effektiv işləmək üçün nələrə diqqət etmək lazımdır? #evdəqal

0

Coronavirus (Covid-19) sonrasında bir çox özəl və dövlət qurumu uzaqdan işləmə qərarı alaraq evdən iş sisteminə keçid etdi. Evdən işləmək hər nə qədər qulağa xoş gəlsə də, isti yatağından çıxıb bütün gün normal iş rejimi ilə işləyə bilmək təəssüf ki çox da mümkün olmur. Əvvəllər müəyyən müddət home office işləyən biri olaraq bu yeni iş sisteminə rahat adaptasiya ola bilməyiniz və zamanınızı effektiv istifadə edərək özünüzə də zaman qazandıra bilməyiniz üçün bir neçə təklifim olacaq.

Səhər intizamı

Bəlkə də evdə işləməyin ən çətin hissələrindən biri öz intizamını özün yaratmaq məcburiyyətidir. Əgər nizam-intizamı bir dəfə korlasanız heç bir işi çatdıra bilməz, zamanında oyana bilməz, yemək saatlarınızı uyğunlaşdıra bilməz və problemli bir işçi halına gələrsiniz.

  • Tam vaxtında oyan (08:00-09:00)
  • Səhər yeməyini gecikdirmə
  • Mümkündürsə səhər yeməyi ilə işə başlama saatın arasında ən az 15 dəqiqəlik adaptasiya fasiləsi saxla
  • Yataqda işləmə
  • Pijama ilə işləmə (rahat ev paltarları idealdır)
  • Hər səhər işlərinə başlamazdan əvvəl bir iş planı qur. Beləcə işlər öz planına görə irəliləyəcək və sən çox daha effektiv işləyə biləcəksən.

Effektiv iş mühiti

İş mühitin nə qədər səliqəsiz, kirli və ya qarışıq olsa bir müddət sonra sənin gördüyün iş də eyni formada irəliləməyə başlayacaq.

  • İş mühiti mümkün olduğu qədər səliqəli saxla.
  • Diqqətini yayındıra biləcək əşyaları ətrafından uzaqlaşdır.
  • Post-it yapışqan kağızlar ilə işləməyə alışmaq işlərini asanlaşdırır.
  • Evernote, Trello, Any.do, Slack, Jira və s. kimi tətbiqlərdən faydalan.

Evdə tək olmamaq problemi

Əgər ailən ilə birlikdə yaşayırsansa, qarşılaşacağın ən böyük maneə təəssüf ki öz ailən olacaq. Bunun ən başlıca səbəbi isə onlar səni heç vaxt otağında ya da iş mühitində işləyir olaraq görməyəcəklər. Çünki evdəsən 🙂

  • Əgər onlar bir iş istədiklərində məşğul olmağına baxmayaraq etsən, bundan sonra fərqli işlər də etməyini gözləyəcəklər.
  • Qapı çalanda gedib baxsan, qapılara artıq həmişə sənin baxmağın gözləniləcək.
  • Evdə işləyərkən səs-küy olduqda onların alışqanlıqlarını pozmamaq üçün xəbərdarlıq etməyəcəksənsə, sənin alışqanlıqların pozulacaq və effektiv işləyə bilməyəcəksən. Xüsusilə vacib telefon görüşlərində və video konfranslarda diqqətli olmalısan.
  • Qısa olaraq desəm evdəsən amma iş saatları içində işləməlisən. Bu səbəbdən ev ilə bağlı bütün işlərini iş saatından sonra görməyini məsləhət görürəm.

Sosial Media

Bütün bu maddələrin yanında uzaqdan işləyərkən effektivliyə ən pis təsir edən şübhəsiz ki sosial mediadır. Xüsusilə gündəmin sıx olduğu bu günlərdə sosial mediada keçirəcəyin hər saat səni həm mental olaraq yoracaq həm də iş ilə bağlı məsuliyyətlərini gecikdirməyinə səbəb olacaq.  Əgər uzaqdan işləyərkən sosial media mövzusunda özünə sahib ola bilsən, digər bütün çətinliklərin də öhdəsindən asanlıqla gələ bilərsən. Xüsusilə iş saatları içərisində mobil telefon bildirişlərini səssizə alaraq fokusunu artıra bilərsən. Təbii ki, işi mənim kimi sosial media və internet üzərindən olan şəxslər üçün bu bir qədər çətindir amma iş üçün sosial media istifadə etmək başqadır, sosial media istifadə etmək üçün işi bəhanə etmək başqa J

Bütün bunlarla yanaşı olaraq bir neçə təklifim daha olacaq.

  • Sağlamlıq vacibdir – Fasilələrdə və ya iş saatından sonra evdə idman etmək həyatını rahatlaşdıracaq.
  • Evdə işləyərkən atışdırmalıq çox yaxşı gedir. Xüsusilə də Novruz bayramından sonradırsa stolun üzərindəki qoz-fındıq sənə göz qırpır. Özünə hakim ol yoxsa çəkinin artmasından əziyyət çəkə bilərsən.
  • İş saatı xaricində işləmə – Peşman olarsan.
  • Check-listlər hazırla və bu siyahılara görə irəlilə.

Aşağıda uzaqdan işləyən şəxsin bir gününü əks etdirən check-listə nümunə olaraq screen əlavə edirəm, sizə bənzər olaraq öz check-listinizi hazırlaya bilərsiniz:

Bu mövzu haqqında hazırki təkliflərim bu qədərdir.

Siz də öz effektiv evdən iş təkliflərinizi rəylərdə bildirə bilərsiniz. Məqaləni paylaşaraq daha çox insana faydalı olmağımız üçün şərait yarada bilərsiniz.

#evdəqal #stayhome

CMS (Content Management System) nədir?

Previous article

Gündəmdəkilər: Zoom proqramı nədir? Necə istifadə edilir?

Next article

You may also like

Comments

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

More in Marketinq