DigərTexnologiya

Evdə Sinema: Bir-birinizi görərək və eşidərək Netflix izləməyin üsulu

0

Korona virus səbəbindən bütün kinoteatrlar, restoran və kafelər bağlanıb, hər birimiz #evdəqal-araq cəmiyyətə fayda verməyə çalışırıq. Bu günlərdə sevgililər virtual görüşür, dostlar uzaqdan söhbətləşir. Hər kəs boş vaxtlarını dəyərləndirmək üçün müəyyən aktivliklər tapır. Bəs sevdiyiniz şəxsləri görərək və eşidərək Netflix izləmək, virtual bir kinoteatr yaratmaq necə? Maraqlı gəlir? Elə isə blogun geri qalanını diqqətlə oxumalısan 🙂

Netflixi dostlarınızla birlikdə canlı izləmək üçün bir neçə platforma var ki, mən sizlərə bunlardan birini şəkillərlə izah edəcəm. Bu platformanı izah etmə səbəbimi qısaca qeyd edəsi olsam deyə bilərəm ki, Twoseven ilə siz Netflix, Youtube, HBO, Vimeo və s. kimi platformalardan videolara baxa, video kamera və mikrofon xüsusiyyətləri ilə bir-birinizi görə və eşidə, eyni zamanda canlı söhbət bölməsindən mesajlaşa bilərsiniz. Qeyd edim ki, bunun üçün hər iki tərəfin Netflix hesabına sahib olması və sistemə kompüterlə daxil olması mütləqdir. Təəssüf ki hazırda mobil versiyası yoxdur. İndi isə keçək bu platformadan necə istifadə edə biləcəyinizə.

İlk olaraq Twoseven saytına daxil olaraq qeydiyyatdan keçirsiniz, qeydiyyat zamanı daha sürətli olsun deyə Facebook və ya Google hesabınızla da daxil ola bilərsiniz.

Twoseven.com Login

Daha sonra Chrome brauzeri istifadə edirsinizsə buradan, Firefox brauzeri istifadə edirsinizsə buradan lazım olan Twoseven əlavəsini yükləyin. Mənim tövsiyyəm Firefox brauzerindən istifadə etməyinizdir. Chrome ilə mən bəzi problemlər yaşadım deyə Firefox yüklədim və problemsiz nəticə əldə etdim.

Twoseven, Netflix

Daha sonra təkrar Twoseven saytına geri qayıdarıq və brauzerin yuxarı sol küncündə yerləşən Twoseven (27) əlavəsinə klikləyərək eyni hesabla buradan da daxil oluruq.

Daha sonra Start Watching düyməsinə daxil olaraq yeni bir otaq yaradırsınız və otağa daxil olursunuz.

Otağa daxil olduqda sonra yuxarı menyudan Netflix-i seçərik və əgər ehtiyac varsa Netflix hesabımıza daxil oluruq.

Yuxarı küncdə yerləşən dəvət düyməsindən dəvət linkini kopyalayaraq birlikdə izləmək istədiyimiz dostumuza və ya dostlarımıza göndərə bilərik. Beləcə onlar da yuxarıda yazdığım ardıcıllıqla qeydiyyatdan keçib, əlavəni yükləyib və daxil olub, bizimlə eyni otağa qoşula biləcəklər. Daha rahat və geniş dizaynda izləmək üçün isə tənzimləmələr bölməsindən Night Mode-u və ya Theater Mode-u aktivləşdirə bilərsiniz.

Kamera Mikrofonu qoşmaq üçün isə şəkildə gördüyünüz kamera və mikrofon düymələrinə daxil olaraq lazımi icazələri vermək kifayət edir.

Dəvət etdiyiniz şəxs otağa qoşulduqda aşağı küncdə yerləşən Live Chat bölməsinə bildiriş gələcək, elə bu bölmədən də film izləyə izləyə qarşı tərəflə mesajlaşa biləcəksiniz.

Netflix bölməsindən baxmaq istədiyiniz film və ya serialı seçərək canlı virtual sinema keyfinizə başlaya bilərsiniz. Qeyd edim ki, hər iki tərəf kameranı aça və ya bağlaya bilər. Film izləyərkən popkornlarınızı da götürməyi unutmayın 🙂

Məqaləni bəyəndinizsə dostlarınızla paylaşaraq onların da faydalanmasına şərait yarada bilərsiniz.

WordPress nədir? WordPress.org və WordPress.com arasında nə fərq var? Pulsuz blog saytı necə yaradılır?

Previous article

Rəqəmsal Marketoloqlar üçün sehrli alət – Cloudflare nədir? Saytımıza necə əlavə edə bilərik?

Next article

You may also like

Comments

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

More in Digər