Facebook-u köhnə dizaynına qaytar, dostluğundakı dondurulmuş profilləri gör

Facebookda tez-tez insanların dostluqlarındakı lazımsız, dondurulmuş, silinmiş, aktiv olaraq istifadə olunmayan profilləri necə silə biləcəkləri barədə paylaşımları ilə rastlaşıram.

Bu məqaləmdə sizə yuxarıdakı problem həll edəcək F.B.(FluffBusting)Purity adlı bir Google Chrome əlavəsindən danışacam. Bu əlavə vasitəsilə Facebookda bəzi əlavə xüsusiyyətlərə və köhnə facebook dizaynına qovuşacaqsınız. İşiniz bitdikdən sonra Chrome Extensions bölməsindən deaktiv edə və ya silə bilərsiniz.

Bunun üçün sizə lazım olanlar:

1. Kompüter
2. Chrome, Chromium əsaslı brauzer

Əvvəlcə əlavəni yükləmək üçün buraya daxil olun: F.B.(FluffBusting)Purity

F.B.(FluffBusing)Purity əlavəsinin xüsusiyyətləri:

  • Facebookda ən son məzmunları göstərmək
  • Bildirişləri xronoloji ardıcıllıqla sıralama seçimi
  • “Dostlarınızın oynadığı oyunlar” və “Xoşunuza gələ biləcək oyunlar” bölmələri də daxil olmaqla bütün oyun və tətbiq bölmələrini gizlətmək
  • Sponsorlu reklamları gizlətmək
  • Yaxınlaşan hadisələri gizlətmək
  • Facebookun rənglərini dəyişdirmək
  • Statuslardan rəngli arxa fonu silmək
  • Dostluğunuzdakı dondurulan hesabların siyahısını görmək
  • Sizi kimin sildiyini və ya bloka atdığını görmək və s.

Əlavədən necə istifadə etmək lazımdır?

Əlavəni qurduqdan sonra ehtiyac varsa aktivləşdirin. Daha sonra əlavələr menyusunda əlavənin işarəsinə daxil olun və “Klassik Facebooka keçin” düyməsini aktivləşdirin. Sonra isə dost siyahınıza daxil olun və orada “Show Deactivated Friend List” bölməsinə keçid edin. Əlavə bütün dostlarınıza nəzər yetirənə qədər gözləyin və nəticədə dostluğunuzdakı aktiv olmayan hesabları görün.


Əlavənin digər funksiyalarından istifadə etmək istəyirsinizsə, Facebookun üst menyusuna əlavə edilmiş FBP linkinə daxil ola bilərsiniz.

Write a comment