Digər

Gənc olmasına baxmayaraq Korona virusdan sağalmağın nə qədər çətin olduğunu danışan adam

0

Amerikalı gənc Bradley Ziffer yaxın zamanda Korona virusdan sağalan şəxslərdən biridir. Proses boyunca yaşadıqlarını izah etdiyi Tweetləri bacardığım qədər anlaşılan bir dillə sizinlə paylaşmaq istəyirəm. Bütün bunları oxuduqdan sonra əminəm ki #evdəqal-mağın nə qədər vacib olduğunu anlayacaqsınız.

1) “Keçən həftə COVID-19 və pnevmaniya ilə mübarizə aparırdım. Həyatımda bir dəfə belə bu qədər xəstə olmamışdım…”

“Gənclər risk qrupunda deyil, onlar daha yüngül keçirirlər.” düşüncəsi tamamilə səhvdir. Keçirtdiyim bu günləri və reanimasiyanın necə bir şey olduğunu sizlərə izah etmək istəyirəm.

2) “Hər şey 10 gün əvvəl başladı. Normalda olduğumdan daha çox yorğun hiss edirdim…”

“Baş ağrım var idi və buna görə də tempratur dərmanı istifadə etdim. Bundan iki gün sonra tempraturum qalxdı və nəfəs belə almaqda çətinlik çəkməyə başladım. Bir gün sonra isə sinəmin altında, ürəyimin yaxınlarında saxlaya bilmədiyim bir ağrı yaranmağa başladı. Yorulmadan danışmaq belə artıq çətin idi.”

3) “Bütün bu müddət boyu çölə heç çıxmadım və həkimimə zəng etdim…”

“Yaşanan pandemiya və mənim simptomlarımdan dolayı mənə bir görüş təyin edə bilmədilər. Məni sağlamlıq departamentinə yönləndirdilər. 4 dəfə zəng etməyimə baxayaraq telefonu açan adam mənə “Artıq daha çox zəng etmə, test yoxdur!” deyə bağırdı.”

4) “Bundan bir saat sonra sağlamlıq departamentindən başqa bir adam mənə zəng etdi və simptomları soruşdu…”

“Savaşmalı olduğumu dedi və daha sonra da “şübhəli” olduğumu qeyd etdi. Bütün simptomlarım və tempraturum get-gedə pisləşirdi. Mən də o gecə təcili yardıma zəng etdim.”

5) “Simptomlarıma görə məndən uzaq durmağımı istədilər…

“Səhər olanda tempraturum artıq 104°F yəni 40°C’-yə çatmışdı. Xəyali şeylər görür, eşidir və ümidimi itirirdim. Özümü çox çarəsiz hiss edirdim. Günortadan sonra həkimə zəng etdiyimi xatırlayıram. Ardını xatırlamıram belə.”

6) “Bütün bu olanlardan sonra xəstəxanaya getdim…”

“Avtomobildən düşdüm və yerə çökdüm. Təkərli araba ilə reanimasiyaya aparılarkən oyandım. Sonra təkrar huşumu itirdim. Harada olduğumu belə bilmədiyim bir yerdə oyandığımı xaırlayıram. Öldüyümü sandım. Ondan sonra…”

7) “Anxiety (Panika) krizi keçirtdiyimdə artıq nəfəs belə ala bilməyəcək bir halda idim və yaşadığımın fərqinə vardım…”

“Mənə oksigen, su və antibiotik verildi. Koronavirus testi ilə yanaşı mənə başqa testlər də etdilər. Boğazımdan nümunə alındı, qan təhlilləri edildi, mucus nümunəsi və EKG çəkildi. Tam olaraq 6 saat ərzində gözlədim…”

8) “Test nəticəm pozitiv çıxdı…”

“Mənə pevmaniya diaqnozu qoyuldu və reseptimə antibiotik yazdılar. Artıq sağalıram. Həyat yoldaşımı həftələrdir görmürəm və çox darıxmışam. Yalnız hiss edirəm amma eyni zamanda da əsəbiyəm. Yardım almağım niyə bu qədər uzun çəkdi? Ya yaşlı biri olsaydım? Ya immunitetim bütün bu olanlara tab gətirməsəydi?”

9) “Dövlətimiz uğursuz oldu…”

“Mən şanslıyam amma digərləri mənim qədər şanslı olmayacaqlar. Artıq hərəkətə keçməliyik. Söz yox hərəkət lazımdır. Əgər onlar etməsələr biz ehtiyac duyacağıq. Evdə qalın, ağıllı olun. Heç bir ölüm cahil olmağa dəyməz. Bunu bacara bilərik.”

İnsanlar isə bu tweetlərdən sonra öz təcrübələrini və rəylərini bildirdilər: 👇

👇 “Eynisi bacımın da başına gəldi. Temperaturu 40 dərəcəyə qalxmasına baxmayaraq xəstəliyin 9-cu gününə qədər test edilmədi. Hazırda da pnevmaniyadan xəstəxanada yatır. NBA və Tom Hanks çox qısa zamanda Corona testi etdirə bilərkən adi bir insansınızsa sizə bol şans diləyirəm. Hələ bu başlanğıcdır.”

👇”Xəstəliyi yüngül keçirəcəyi deyilsə də istifadə edilən “yüngül” sözü həyatları ventilyatorlardan asılı olmayan hər kəs üçün istifadə edilə bilər. “Yüngül” xəstələrdən danışanda demək istədiyim budur.”

👇”Həkimə ilk getdiyim gün temperaturum 39.7 idi və mənə yaxşı olduğum deyildi…”

“Aradan iki gün keçdikdən sonra temperaturum 39.8-ə çıxdı və pnevmaniya olduğum deyildi. Məni “gənc” olduğum və altında yatan başqa xəstəliklərim olmadığı üçün test etməkdən imtina etdilər. İlk dəfədir belə oluram və çox canım yanır.”

👇”Bugün mənə Koronavirus pnevmaniya diaqnozu qoyuldu…”

“Evə getməyim və sadəcə nəfəs ala bilməsəm gəlməli olduğum deyildi. Həkimlərə məni ciddiyə almaları üçün 10 gündür yalvarıram. Kömək axtarmaqdan tükəndim. Evdə ikən boğulmaqdan qorxuram və hər şey çox gec olacaq.”

👇”Paylaşdığın üçün həqiqətən təşəkkürlər…”

“Nələr olduğunu bilmək, simptomları öyrənmək və haradan kömək alıb, haradan ala bilməyəcəyimizi öyrənmək üçün yararlıdır. Kömək tapdığına sevindəm və ümid edirəm qısa bir vaxtda tamamilə sağalarsan.”

👇”Səni bu vəziyyətə gətirən məhz elə səhiyyə sisteminin özüdür . Çox təəssüflənirəm və bu çox qorxuncdur.”

👇”Həqiqətən çox kədərliyəm. Sinə ağrıları və öskürəyin 19-cu günündəyəm. Məndə pnevmaniya və böyük ehtimalla Covid-19 olduğunu düşünürəm. Zarafat deyil.”

👇”Hekayəni paylaşdığın üçün təşəkkür edirəm, bu həyat xilas edəcək .”

Karantin müddətində nə üçün evdən çıxmalısınız?

Previous article

İbtidai sinif şagirdləri üçün möhtəşəm tətbiq – EVTA nədir?

Next article

You may also like

Comments

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

More in Digər