MarketinqStartupTexnologiya

Gündəmdəkilər: Zoom proqramı nədir? Necə istifadə edilir?

0

Corona virusun səbəb olduğu sosial izolyasiya, həyatın başqa bir formada yaşanmasına şərait yaradır. Yaşanan çətin günlər də öz problemlərini və ehtiyaclarını ortaya çıxarır. Bu da yeni startupların ortaya çıxmasına gətirib çıxarır. Zoom proqramı şübhəsiz ki, evdən işləyənlərin, tələbə və müəllimlərin ən çox xatırladığı detallardan biri olaraq qalacaq.

Zoom nədir?

Hələ də bilməyənlərin bu yazıdan sonra tanış olacaqları Zoom, görüntülü hər cür aktivliyi reallaşdıra biləcəyiniz bir platformadır. Bir çox tədris müəssisəsi hazırda öz dərs proqramlarını bu platforma üzərindən tələbələrə çatdırır. Eyni zamanda evdən işləyən şirkətlərin də bir çoxu hazırda bu proqramı istifadə edirlər.

Proqram, dünyanın ən yaxşı təhsil alətləri siyahısında ilk 200-də yer alır. Həm təkətək, həm də qrup iclasları keçirə biləcəyiniz Zoom, təkətək görüşlərdə vaxt limiti təyin etmir və hər hansı bir ödəniş tələb etmir. Qrup iclaslarda isə 40 dəqiqə limit var. Davamı isə təbii ki, ödənişlidir.

Proqramın bütün platformalar üçün tətbiqetməsi mövcuddur, həm iOS, həm Android həm də Windows əməliyyat sistemlərində istifadə edə bilərsiniz.

Bəs Zoom ilə nə edə bilərsiniz?

Zoom ilə siz dünyanın harasında olursunuzsa olun, dərs vermək istədiyiniz şəxs harada olursa olsun, əgər internet bağlantınız yaxşıdırsa eyni mühitdəymiş kimi dərs izah edə bilə, dərs ala bilərsiniz.

Zoom-un əsas xüsusiyyətləri

Zoom-u məşhur edən, ən yaxşı canlı dərs platforması halına gətirən xüsusiyyətlərindən bəziləri aşağıdakılar kimidir.

VİDEO – Bir-birinizi görə bilirsiniz. Tələbə müəllimi, müəllim də tələbələri görə bilir.

SƏS – Bir-birinizi eşidə bilirsiniz. Müəllim dərs izah edə bilir, tələbəyə suallar verə bilir, tələbə suallara cavab verə bilir və istədiyi zaman danışa bilir.

EKRAN PAYLAŞIMI – Müəllim öz kompüter ekranından görüntü paylaşa bilir. Yəni tələbə sinifdə electron ekranda yazılanları izləyə bilirsə burada da sizin kompüterinizin ekranını öz kompüterində görür. Beləcə siz ekranınızdakı materiallara baxaraq dərs izah etdiyinizdə qarşı tərəf bunu görə bilir. Kompüterinizdə bir şəkil, mətn və ya video açdığınız zaman qarşı tərəfə də bunu göstərə bilirsiniz. Ekran paylaşımı iki tərəfli də edilə bilər. İstəsəniz tələbə də öz ekranını müəllim ilə paylaşa bilər. Məsələn tamamladığı bir ev tapşırığını və ya yazdığı bir mətni sizə göstərə bilər. Birlikdə öz fayllarınızın və ya qarşı tərəfin faylları üzərində işləyə bilərsiniz.

LÖVHƏ – Ekranınızda açdığınız hər hansı bir fayla və ya təqdimata istədiyinizi yazın, istədiyinizi çəkin və qarşı tərəf anlıq olaraq sizin yazdıqlarınızı, çəkdiklərinizi görsün. İstəsəniz sadəcə ağ lövhə alətini açaraq real sinifdəki yazı lövhəsi kimi istifadə edin.

İCAZƏ – İstəsəniz tələbəyə öz mouse-unu və ya qələmini istifadə edərək sizin ekranınıza yazmasına icazə verə bilərsiniz. Məsələn ekranınızda bir boşluq doldurma testi var. Testi açaraq qarşı tərəflə bunu ekran görüntüsü olaraq paylaşdınız, sizin ekranınızdakı boşluğu doldurun testi artıq qarşı tərəfin də ekranındaa var. Qarşıdakı şəxsə bu boşluqları sən doldur deyə icazə verə bilirsiniz (Klaviatura və mouse-dan istifadə icazəsi). O öz ekranında boşluqları doldurarkən siz də anlıq olaraq bunu görür, müdaxilə edə bilir, açıqlama edə və sual verə bilirsiniz. Qısaca qarşılıqlı olaraq hər ən əlaqədə olursunuz.

FAYL PAYLAŞIMI – Qarşı tərəflə fayl paylaşımı da edə bilərsiniz. Siz ona bir tapşırıq göndərə bilərsiniz, o da tapşırığı tamamladığı zaman sizə göndərə bilər.

MESAJLAŞMA – Dərs və ya iclas zamanı, əvvəlində və ya sonrasında qarşı tərəflər bir-biri ilə yazışa bilər, suallarını və təkliflərini danışa bilərlər. 

VİDEO QEYDİ – Ən vacibi də bütün dərs prosesini qeydə ala bilər, daha sonra bunu tələbələriniz və ya istədiyiniz şəxslərlə paylaşa bilərsiniz.

Zoom necə istifadə edilir?

Zoom proqramının Azərbaycan dilində istifadə qaydasını öyrənə biləcəyiniz video, Ramil Cabbarov tərəfindən hazırlanıb, buradan izləyə bilərsiniz.

Zoom-un hekayəsi

Bugünlərdə “həyat xilas etmək” deyiminə ən çox uyğun gələn tətbiqlərdən biri olan Zoom-un maraqlı bir hekayəsi mövcuddur.

Zoom-un qurucusu və CEO-su Eric Yuan-ın macərası hər startupçı kimi Silikon Vadisi xəyalları ilə başladı. Microsoftun qurucu ortağı Bill Gates-in bir çıxışından çox təsirlənir və hərəkətə keçir. Çox istədiyi Silikon Vadisi xəyalına 27 yaşında qovuşur və WebEx karyerası başlayır. Bu brendin icraçı direktorun köməkçisi vəzifəsinə qədər yüksəlir lakin bir müddət sonra şirkət daxilində rəhbərliklə fikir fərqlilikləri yaranmağa başlayır. Xəyallarının ardından getməyi sevdiyi üçün dayanmır və Zoom tətbiqini qurur. Əsasən Çində populyar olan Zoom proqramı bir çox invesitiya cəlb edir və bugünki halına gəlir. Coronanın təsirləri insanlar üçün nə qədər də mənfi olsa da Zoom proqramının hazırki vəziyyətə gəlməsində, dəyərləndirməsinin sadəcə bir neçə ay içində 40%-ə qədər artmasına gətirib çıxardı.

Evdən effektiv işləmək üçün nələrə diqqət etmək lazımdır? #evdəqal

Previous article

Corona virus müddətində fiziki mağazalar e-ticarətdən necə yararlana bilər?

Next article

You may also like

Comments

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

More in Marketinq