Startup

İbtidai sinif şagirdləri üçün möhtəşəm tətbiq – EVTA nədir?

0

Blogumun oxuyucularından ibtidai sinifdə oxuyan övladları olanlar yaxın otursunlar, çünki bugün onlar üçün çox faydalı bir tətbiqetmədən danışacam.

Bir zamanlar mənim də komanda üzvü olduğum ITCITY şirkəti bir gün bundan əvvəl çox maraqlı bir tətbiqetməni həm iOS, həm də Android əməliyyat sistemli telefonlar üçün təqdim etdilər.

EVTA – Ev Tapşırığı adlanan bu tətbiqetmə həm Azərbaycan, həm də Rus bölməsi üzrə təhsil alan ibtidai (1-4) sinif şagirlərinin Riyaziyyat fənnindən ev tapşırıqlarını daha rahat başa düşmələri və valideynlərin də tədris prosesinə qoşulmalarına dəstək vermək üçün hazırlanıb.

Tətbiqetmənin rəsmi saytından öyrəndiyim məlumatlara əsasən komandanın bu tətbiqetmə üzərində işləməyə 2019-cu ilin İyun ayında başladığını və bu müddət ərzində peşəkar müəllim komandası tərəfindən aydın video izahların hazırlandığını vurğulaya bilərəm. Tətbiqetmədəki bütün tədris videoları Təhsil nazirliyinin tədris proqramı və dərs kitabları ilə də uyğundur.

Videoları təkrar-təkrar izləmə imkanı verən EVTA – şagirdlər üçün oyunlaşdırma (gamification) formatında olan motivasiya tədbirlərini də unutmayıb.

Tətbiqetməni yükləmək üçün linkləri aşağıda əlavə edirəm. Qeyd edim ki tətbiqetmədən istifadə haqqı bir tədris ili üçün sadəcə 20 azn təşkil edir ki, zənnimcə bu yerli və faydalı bir tətbiqetmənin inkişafı üçün çox cüzi bir bədəldir.

– Android üçün: https://play.google.com/store/apps/details?id=com.evta
– iPhone üçün: https://apps.apple.com/us/app/evta/id1504765960

Burada valideynlərə daha çox yük düşür ki, onlar övladlarının ev tapşırıqlarının həllinə daha çox zaman ayırsınlar. Faydalı və uğurlu bir tətbiqetmə olduğuna inanıram və ümid edirəm özünü doğruldar.

Gənc olmasına baxmayaraq Korona virusdan sağalmağın nə qədər çətin olduğunu danışan adam

Previous article

WordPress nədir? WordPress.org və WordPress.com arasında nə fərq var? Pulsuz blog saytı necə yaradılır?

Next article

You may also like

Comments

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

More in Startup