Terminlər

Influencer Marketing nədir?

0

E-ticarət istifadəçilərinin alışveriş alışqanlıqlarının böyük nisbətdə dəyişdiyi bu müddətdə, xüsusilə son bir neçə ilin trenddə olan terminlərindən biri də : “Influencer”lərdir.

Influencer – loru dildə izah etsək Youtube, Facebook, Twitter, Instagram və s. kimi sosial şəbəkələrdə yüksək izləyici sayına sahib olan şəxslərə deyilir. Son illərdə sosial medianın sürətlə gündəlik həyatımıza girməsi və internet alışqanlıqlarımızdakı yeniliklər, sosial mediada məşhur olan şəxslərin də sürətlə artmasına səbəb oldu. Sosial media, istifadəçilərin qərar vermə mərhələsinə birbaşa təsir edə biləcək bir hala gəlib çıxdı. Sosial media reklamları ilə istehlakçılar bir məhsul və ya xidmətlə bağlı hədəflənərkən, digər tərəfdən bloggerlər və ya sosial mediada müəyyən bir izləyici sayına çatmağı bacaran şəxslərin bu məhsul və ya xidmətləri təqdim etmələrindən sonra bir başa qərar vermə mərhələlərinə təsir edilir. Buna da qısa olaraq “Influencer marketing” deyirik.

Influencer marketinq layihələri şirkətinizin uzunmüddətli gəlirini artırarkən, məşhurlaşmasına da müsbət təsir göstərir. Hədəf kütlənizi artırmanız asanlaşır. Beləcə brend imiciniz arıtr və istifadəçilərlə əlaqələriniz də sürətlənir. Influencer marketing ilə daha əvvəl çata bilmədiyiniz və ya əlaqəyə keçə bilmədiyiniz hədəf kütlələrə çata bilər və fikirlərini dəyişdirməklərinə şərait yarada bilərsiniz. Əslində Influencer marketinq üçün müasir marketinq modeli deyə bilərik.

Xüsusilə sosial mediada istifadə edilən Influencer marketing-in istifadə sahələrindən biri də Youtube-dur. Çəkilən video ilə məhsulun bütün xüsusiyyətləri bildirilir, detallı olaraq izah edilir. Lakin uzun videolar hazırlamağınıza ehtiyac olmayan vəziyyətlərdə, Instagram, Bloglar, Facebook kimi sosial media kanallarında da bir strategiya hazırlaya bilərsiniz. Influencer marketing, hədəf kütlənizin yerləşdiyi platformalarda edilərsə məqsədinə çata bilər. Başqa cür deyəsi olsaq, sadiq müştərilərin haradadırsa, reklamınız orada daha yaxşı effect verəcək.

Viral reklam nədir?

Previous article

MVP (Minimum viable product) nədir?

Next article

You may also like

Comments

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

More in Terminlər