Instagram

Instagramda qiyməti Mesaj ilə göndərmək düzgündür mü?

1

Instagramda satış ilə məşğul olan butik səhifələrin bir çoxu məhsulları ilə bağlı paylaşdıqları məzmunlarda qiymətləri göstərmirlər. Məhsulun qiyməti ilə maraqlanan potensial müştərilərin böyük əksəriyyətinə “DM”-dən bizimlə əlaqə saxlayın, qiymət DM vasitəsilə göndərildi, qiymət üçün saytımıza baxa bilərsiniz” və s. kimi cavablar verilir.

Sosial Media ilə əlaqəli bir çox Facebook qrupunda bu mövzunun dəfələrlə işıqlandırıldığını görüb bu mövzuda şəxsi fikirlərimi bildirmək istədim. Bu üsuldan istifadə etmək düzgündür mü? Nə üçün bu üsuldan istifadə edilir?
0
Bu barədə siz də fikirlərinizi rəydə bildirə bilərsiniz 🙂x

Instagramda satış edən səhifələrin bir çoxu qiymət məlumatlarını DM vasitəsilə verir. Beləliklə potensial müştərilər ilə “sadəcə maraqlanan” pozisiyasına malik şəxslər ayrılmış olurlar. Başqa bir baxış bucağından baxdıqda isə bu səhifələr DM-dən qiymət göndərərək izləyicilər ilə əlaqəni gücləndirdiklərini və daha çox rəy əldə edərək səhifədəki aktivliyi artırdıqlarını ön plana çəkirlər. Eyni zamanda bu tədbirə əl atan mağazalar qiymət məlumatlarını rəqiblərdən müəyyən qədər gizli saxlamaq üçün də bu üsula üstünlük verirlər. Yuxarıda qeyd olunan məqamlar əksər hallarda bu üsuldan istifadə edən səhifələr üçün haqlı olduqları məqamlardır. Lakin təcrübələr göstərir ki, məhsulun satış qiymətini görən müştərilərin satın alma qərarını daha sürətli verməsi mümkündür. Məhsul haqqında paylaşımı görür, açıqlama mətnini oxuyur, qiyməti görür, varsa rəyləri də oxuyur. Bu mərhələlərdən sonra satın alma prosesi sürətlənir.

dibçək satışı

Nümunə olaraq qiymət əlavə edilmiş paylaşım (c) – Dibcheck

DM-dən qiymət paylaşıldıqda isə müştəri məhsulu görür, açıqlama mətnini oxuyur lakin qiymət haqqında məlumatı görmür. Həqiqətən satın alacaqsa DM ilə əlaqə saxlayıb qiyməti dəqiqləşdirir və əgər uyğundursa sifariş edir. Bəzi istehlakçılar isə bu proses üçün çox səbrsizdirlər və Instagramda satış edən səhifələr haqqında inamsız olurlar. Buna görə də ya qiymət haqqında məlumatı almaq üçün DM-ə müraciət etmirlər ya da satış edən səhifənin qiyməti gizli saxlamaqla onları aldatmağa, hər kəsə fərqli qiymət göndərdiklərinə inanmağa başlayırlar. Bu halda DM vasitəsilə olan kommunikasiyanı düzgün qurmayan mağazalar potensial müştərilərini itirirlər.

Dibcheck

Qiymət yazılmayan bir paylaşım nümunəsi (c) – Dibcheck

Instagramda məhsul postu paylaşarkən professional bir açıqlama mətni və qiymət məlumatının satın alma qərarını sürətləndirə biləcəyini düşünürəm. Daha niş, özəl məhsul satışı edən səhifələrin məhsulları ilə maraqlanan hədəf kütlə müəyyən olduğundan qiymət məlumatı ya da məhsul açıqlama mətni paylaşmasalar belə satış edə bildikləri də reallıqdır. Belə olan halda satılan məhsulların çeşidliliyi, başqa səhifələrdə də mövcud olub-olmadığı kimi kriteriyalar da vacibdir.

Instagramda satış edən səhifələrə kiçik məsləhətlər

Profiliniz qətiyyən gizli olmasın. Biznes hesabdan istifadə edin və izləyicilər üçün daha əl çatan olun. Müştərləri məhsulunuzu görmələri üçün sizi izləməyə məcbur etməyin. Bu həm müştəri , həm də sizin üçün mənfi bir haldır. Özünüz gizli bir hesabdan alışveriş edərsiniz mi? Nə rəyləri görürsünüz, nə qiymətləri, nə məhsul şəkillərini…

Rəyləri cavablayın. Rəylərə cavab vermək engagementi artırır, müştəriyə verilən dəyəri göstərmək və onlarda inam hissi yaratmaq üçün də olduqca vacibdir.

Qiymət məlumatını göstərin. Qiymət haqqında məlumat sahibi olan istehlakçıların satın alma qərarları daha sürətli olacaq. Yuxarıda da qeyd etdiyim kimi, bu niş sferada xidmət göstərən, xüsusi məhsullar satan mağazalar üçün vacib saymasam da, rəqabətin çox olduğu, daha çox kütləyə xitab edən, müştəriləri daha tez səbətə yönləndirmək istəyən mağazalar üçün önəmlidir.

Hər gün paylaşım etməyə diqqət edin. “Mən buradayam” deməyin ən yaxşı yolu budur. Hər gün yeni bir paylaşım ilə izləyicilərinin və potensial müştərilərin marağını daima aktiv saxlayın.

İzləyiciləri hərəkətə keçirən hekayələr paylaşın. Hekayəyə anket əlavə etmək, sual vermək və s.. Bu üsul eyni zamanda potensial müştərilərinizin səhifəniz, məhsullarınız haqqında nələr düşündüyünü analiz etməyinizə kömək edəcək. Satdığınız məhsullar paralelində suallar verərək bu barədə qərarlarınızı sürətləndirə bilərsiniz.


Tövsiyə: Instagram satış, Instagram marketinq ilə bağlı işinizə yaraya biləcək məlumatlar üçün bloqumdakı digər yazıları da oxumağınızı tövsiyə edirəm.

 

5 2 votes
Article Rating
Abonə ol
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
Bütün rəylərə bax
Ganizade
Ganizade
6 months ago

Yazınızın bir çox hissəsi ilə razıyam, təcrübə göstərir ki, potensial müştəri məhsulun qiymətini öyrənmək üçün direct və comment problemi yaratmır.
+ Həmçinin müştərini directə cəlb etmək satışı reallaşdırmaq üçün daha əlverişlidi, ümumilikdə isə rahatdı.
Commentdə qiymət soruşanların müəyyən hissəsi bir çox səhifədən bir çox gördüyü şeyi soruşur, bəlkə çoxunun cavablarına da baxmır və ya fikir vermir.
İkinci halda qiymət qane edirsə məhsul barədə başqa məlumatlar da soruşur və bu məlumatları ətraflı ehtiyac olduqda əlavə şəkillə filan çatdırmaq commentdə mümkün olmur və ya çətin olur. Ona görə ən yaxşısı düzgün idarə olunursa directə yönləndirməkdi. Tam və ətraflı məlumat müştərinin düşündüyü kimi məhsul əldə etməyinə kömək edir. Yarımçıq məlumat isə gözləmədiyi məhsulu sifariş etməsinə gətirib çıxarır. Ona görə “gördüyüm başqa idi gəlib çıxan başqa bir şey oldu” məsələləri də ortaya çıxır.

Daha çox əlavələr olar, amma yazı yaxşıdır)

Login/Sign up