Digər

Karantin günlərində vaxtını səmərəli keçirmək istəyənlər üçün 10 film təklifim

0

Bir çoxumuz #evdəqal-araq insanlığa daha çox faydamızın dəyəcəyi bu günlərdə sıxıntıdan film dərdinə düşüb, bütün interneti başdan ayağa dolanmışıq. Bu yazımda evdə qalanlar üçün bu çətin günlərdə evdə ailələri ilə də izləyə biləcəkləri, keyfiyyətli vaxt keçirəcəkləri, izləyərkən də dərs çıxara biləcəkləri 10 film və serial təklifimi qeyd etmişəm. Bu arada bəzi filmlər rəsmi platformalarında ödənişli olduğu üçün link yerləşdirmədim, bu filmləri də internetdən ödənişsiz olaraq tapmağınız mümkündür lakin rəsmi saytlarından ödənişini edərək izləsəniz çox məmnun olaram.

Self Made: Inspired by the life of Madam CJ Walke

Self Made: Inspired by the life of Madam CJ Walke

Köləlik dövrlərindən sonra, irqçilik və cinsi bərabərsizliyin var olduğu dövrdə gözəllik daha doğrusu saç baxımı bazarına yönələn və bir müddət sonra milyoner olan ilk qaradərini qadın Madame C.J.Walker-ın həyatından danışan 4 seriyalıq mini serialdır.

İlk seriyada bir xidmətçi qadından çox daha yaxşısını olmağı ağlına qoyan Sarah, Addie-in saç məhsulunu satmaq üçün planlar qurur. Lakin olduqca zalım bir formada rədd cavabı aldığında rəqabət qızışmağa başlayıt. Rəqabətin, inadın, əzmin və uğurun serialı olan Self Made: Inspired by the Life of Madam C.J. Walker mənim karantin günlərində izləniləcəklər siyahımda ilk yeri aldı.

İzləmək üçün: https://www.netflix.com/title/80202462

Ümidini itirmə

The Pursuit of Happyness

2006-cı ildə Will Smith-in baş rolda oynadığı bu film real bir həyat hekayəsindən ilham alıb və izləyicilərinə Chris Gardner-ın uğur üçün verdiyi savaşı təsirli bir formada izah edib.

Bu filmdə qeydə almalı olduğumuz 5 əsas maddə mövcuddur.

Birincisi “Həyat uzun və çətin bir sınaqdır” – Heç vaxt dayanmayın və həyatdan dərs alın.

İkincisi “Səbr vacib bir sərmayədir”.

Üçüncüsü “Hər nə olursa olsun heç vaxt ümidini itirmə!” – Evsiz və bir qara qəpiksiz qalsan da həyatın davam etdiyini və ümidini itirməməli olduğunu bilməlisən.

Dördüncü isə “Səhvlərdən dərs çıxarmaq olduqca vacibdir”- Filmdə Chris uğursuz olduğu hər satışdan sonra dərs çıxardıb sonrakı satışlarını əldə etdiyi bu təcrübələrinin köməyi ilə reallaşdırır.

Beşinci maddə isə “Ağıl və mübarizə bir araya gəldikdə açılmayacaq qapı yoxdur” – Chris-in film boyunca mübarizəsi bizlərə əslində startuplarda necə uğurlu olmaq sualının cavabını təkrar xatırladır.

Hər şeyin teoriyası

Hər şeyin teoriyası

Hər şeyin teoriyası – ən yaxşı film mükafatı daxil olmaqla 5 nominasiyada Oscara namizədlik əldə etməklə önə çıxan filmlərdən biri olmuşdu. Teoriyaları ilə müasir elmin gedişatını dəyişdirən İngiltərəli fizik Stephen Hawking-in həyatından danışan film, məşhur alimin həyat yoldaşı Jane Hawking-in kitabı əsasında çəkilib.

The Theory of Everything, əslində bir uğur və mübarizə hekayəsi, bir bioqrafikadır. Stephen Hawking-in öz sahəsində yüksəlişini, şəxsi həyatını və Sclerosis deyilən xəstəliyinin irəliləməsini və xəstəliyini öyrəndikdən sonra elmə olan sevgisinə, mübarizəsinə heyranlıqla şahid oluruq. Hawkingin xəstəliyinin bütün pillələrini izləyirik və bu xəstəlik filmin heç bir saniyəsində emosional istismara yer vermir.

 The Boy Who Harnessed The Wind

 The Boy Who Harnessed The Wind

Film, 5 Avqust 1987-ci ildə dünyaya gələn və üç uşağı olan kasıb bir ailənin ikinci uşağı olan William Kamkwamba-nın həyatındakı çətinliklərlə mübarizə apararaq bir uğura imza atmasından danışır.  Evin tək oğlu olan Kachokolo məktəbə qəbul edilib lakin bundan sonra ölkədə böyük bir qıtlıq hökm sürməyə başlayır və bu səbəbdən də o məktəbi yarıda buraxmağa məcbur olur.

Qıtlıqla birlikdə ölkədə ölüm və aclıq da hökm sürməyə başlayır, şəhər xalqı buna dirənməyə çalışır və şəhərdəki ağacların kəsilərək satılmasını istəyirlər. William bir külək turbini hazırlamağa qərar verir. İlk olaraq “Külək turbini necə hazırlanır?” sualına cavab axtaran William, bu işdə ilk addımı ataraq turbini hazırlmağa başlayır. Külək turbininin şəhərə suyu təkrar gətirəcəyinin inancı ilə dostlarından kömək istəyən William, atasının da bu işdə ona köməyinin dəyməsini istəyir lakin atası ilk mərhələdə oğluna qulaq asmır.  Elə tam da bu ərəfələrdə həyatlarını dəyişdirəcək o səsi eşidərlər və bu səs “su” səsidir. Sizi göz yaşlarına boğacaq, əzmin və mübarizənin hekayəsini izləmək üçün elə indi Netflixə daxil ola bilərsiniz.

İzləmək üçün: https://www.netflix.com/title/80200047

The Social Network

The Social Network

Universitetdə dostları ilə əylənmək məqsədi ilə saytlar hazırlayan gəncin, dünyanın ən gənc milyarderi olmaq yolundakı macərası… Mark Zuckerberg-in həqiqətən də təqdir edilməli və dərs alınmalı uğur hekayəsi. Film insana “niyə mən də ola bilməyim ki?” deyə sorğulayır. Çünki, filmdən də anlayacağımız kimi uğur çox sadə bir fikirdən çıxır. Dostlar arasında ortaya atılan bir fikir dünyanın ən məşhur sosial şəbəkəsi olan Facebooka çevrilir!

İzləmək üçün: https://www.amazon.com/Social-Network-Jesse-Eisenberg/dp/B004HWR406

The Great Hack

The Great Hack

Netflixdə paylaşılmış The Great Hack sənədli filmi, internetlə birlikdə dünyanın necə dəyişdiyi, dünya nəhəngi sosial media platformalarının insanlara aid dataları toplayıb, başqa qurumlar vasitəsi ilə necə yönləndirib, insanların seçimlərini necə dəyişdirə bildiklərini səhnələyib. İnternet və sosial medianın bir tərəfdən bizə mükəmməl dünyanı vəd edərkən, digər tərəfdən də insanlıqdan nələri alıb-apardığını və nəticələrinin nə olacağını bu sənədli filmdə izləyə bilərsiniz.

İzləmək üçün: https://www.netflix.com/title/80117542

FYRE: The Greatest Party That Never Happened

FYRE: The Greatest Party That Never Happened

New Yorklu gənc startupçı Billy McFarland və repçi Ja Rule-nin ortaq layihələri Fyre Festival, 2016-cı ilin Noyabr ayında bütün sosial medianı bir-birinə qatmış, möhtəşəm plyajlar, bir gəmidən mavi sulara tullanaraq dans edən modellər, jetski-lər və səhnə işıqlarından ibarət bir tanıtım video ilə pulu olan – olmayan hər kəsə “orda olmalıyam!” dedirtmişdi.

Bu sənədli film, festivalın necə böyük bir biabırçılığa çevrildiyinin hekayəsi, hər şeyin necə səhv getdiyini, necə pis planlandığını, hətta planlanmadığını və Billy-nin hər kəsi necə başdan bəri aldatdığından danışır.

İzləmək üçün: https://www.netflix.com/title/81035279

GirlBoss

GirlBoss

Bu serial, güclü və qeyri-adi enerjisi ilə sevdiyi işi görən, ulduzu daha çox parıldayan və çətinliklərlə başa çıxan Sophia Amoruso-nun necə sıfırdan milyonlar qazandığını izah edir. Sophia, bir çox insanın əslində etmək üçün xəyal qurduğu amma cəsarət edə bilmədiyi şeylərin hamısına ilham olacaq bir obraz olaraq izləyənlərə xəyallarının ardıyca qaçarkən güclü bir formada davam etməklərinin lazım olduğumu, mübarizə aparmalı olduğu mesajını verir.

İzləmək üçün: https://www.netflix.com/title/80115671

Generation Startup

Generation Startup

Amerikadakı startup mədəniyyəti ilə maraqlananların şiddətlə izləməsini tövsiyyə etdiyim bu sənədli film, Detroit-də öz startupları üstündə işləyən 6 yeni universitet məzununun yaşadıqlarından danışır. 17 ay boyunca gənclərin qarşılaşdıqları uğursuzluqları və əldə etdikləri uğurları detallı bir formada göstərən Generation Startup, hazırki startup mədəniyyətini dürüst bir yanaşma ilə ələ alır.

İzləmək üçün: https://www.vudu.com/content/movies/details/Generation-Startup/918569

Inside Bill’s Brain

Inside Bill’s Brain

Netflix Originals seriyasına daxil olan Inside Bill’s Brain: Decoding Bill Gates sənədli filmi, dünyanın ən varlı insanlarından olan Microsoftun qurucusu Bill Gates-in həm şəxsi, həm də iş həyatından bəhs edir.

Bill Gates-in dünyanın ən dəyərli şirkətlərindən biri olan Microsoftu necə qurduğunu, həyat yoldaşı ilə necə tanış olduğunu, düşüncə tərzini və keçmişi ilə əlaqəli bir çox mövzunu əhatə edən bu serialda bir milyarderin sahib olduğu həyatın içinə və ya müəyyən bir qisminə daxil ola bilirsiniz.

İzləmək üçün: https://www.netflix.com/title/80184771

Bu blog yazım da hər gözəl şey kimi sonlanmalıdır. Ümid edirəm tövsiyələrim xoşunuza gedər. Daha çox insanın bu çətin günlərdə boş vaxtlarını səmərəli keçirməsi üçün blog yazımı paylaşa bilərsiniz.

Yazacaq bir sözünüz yoxdursa, yazmayın! – Saxta xəbərçilər sizi…

Previous article

Bir bank kartı ilə limitsiz Netflix trial hesabı açmaq – #evdəqal

Next article

You may also like

Comments

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

More in Digər