Digər

Karantin müddətində nə üçün evdən çıxmalısınız?

0

Coronavirus pandemiyası səbəbi ilə başladılan #evdəqal kampaniyaları ürəyinizi sıxırsa, küçəyə çıxmaq üçün bir məcburiyyətiniz yoxdursa amma evdə qalmaq da istəmirsinizsə çölə çıxmağınız üçün dörd səbəbi sizə təqdim edirəm.

1. Həyatınızı artıq kifayət qədər yaşadığınızı düşünürsünüzsə

Photo by Mathew MacQuarrie on Unsplash

Əgər bugünə qədər yaşadığınız həyat sizə bəs edirsə və bu ayın yaşadığınız son ay olmağını istəyirsinizsə təcili olaraq küçəyə çıxmalısınız. Ailənizə və dostlarınızı böyük bir sürpriz edərək 2020-ci ildə həyata vəda etmək kimi bir planınız varsa, həyatda gələcəyə dair gözləntiniz və ya həyatı maraqlı edən heç nə qalmayıbsa, bir neçə həftə içində xəstəxanaya yerləşdirilib sevdiklərinizdən uzaqda boğularaq ölmək sizi xoşbəxt edəcəksə bu Korona virus fürsətini qaçırtmamalısınız və elə indi evdən küçəyə çıxıb insanların olduqları yerlərə getməlisiniz və onlardan bol-bol virusa yoluxmalısınız. Belə bir fürsət yüz ildə bir dəfə ələ düşür.

2. Həmişə qatil olmaq istəmisinizsə amma iş-güc səbəbindən fürsət tapa bilməmisinizsə

Photo by Max Kleinen on Unsplash

Cinayət törətmək istəyirsinizsə, həm də bir yox yüzlərlə kişini eyni anda öldürüm, ailələrini və dostlarını kədərə boğum, uşaqlarını kimsəsiz-yetim, həyat yoldaşlarını dul buraxım istəyirsinizsə heç vaxt itirmədən küçədə uzun bir gəzintiyə çıxmalısınız. Əlinizdəki qan görünmədən yüzlərlə insanı öldürmək və qatil olmağınıza baxmayaraq həbsə düşməmək istəyirsinizsə evdən çıxıb əlinizi hər yerə vurmalısınız.

3. Azərbaycanın dünyada 1-ci yerə çıxmasını istəyirsinizsə

Photo by Daan Stevens on Unsplash

İtaliya kimi ölkələrə baxaraq Azərbaycanımızın nəyi əksikdir, biz niyə daha çox Korona virus xəstəsi ilə ön plana çıxmayaq deyirsinizsə elə indi küçəyə çıxıb, hərkəslə öpüşüb-görüşməli, qucaqlaşmalısınız. Dünyanın həmişə Amerika, İtaliya kimi ölkələrdən danışmasından bezmisinizsə, Azərbaycanda da xəstəxanalarda yatacaq yer qalmasın, ailəniz, dostlarınız daxil olmaqla hər gün minlərlə vətəndaşımız ölsün istəyirsinizsə evdə bir dəqiqə belə vaxt itirmədən küçəyə çıxın, gəzin, əylənin. Qısa müddətdə Azərbaycanda Korona virus tutanların sayının bütün ölkələri keçdiyini,  statistikalarda birinci yerə çatdığımızı görərək qürur duyacaqsınız. Kim bilir, bəlkə də sizin sayənizdə gündəlik ölüm sayında belə zirvələrə çıxa bilərik.

4. Riyaziyyatın və elmin real olmadığınızı düşünürsünüzsə

Həmişə riyaziyyatın və elmin real olmadığını, əsl doğrunun öz kefiniz olduğunu düşünmüsünüzsə amma bunu sübut edəcək fürsət tapa bilməmisinizsə bugünlər sizin üçün tarixi bir an ola bilər. Dünyanın öndə gələn alimləri, həkimləri, professorları, iş adamları və siyasətçiləri aparılan elmi işlərə əsaslanaraq hər kəsin məcbur olmadıqları təqdirdə evdə qalmaları mesajları verərkən, siz dünyanın ən savadlı və peşəkar insanlarının detallı tədqiqatlarının əslində doğru olmadığını bilirsinizsə bu iddianızı sübut etmək üçün küçəyə çıxıb asqıran və öskürən insanların yanına getməli, dərin-dərin nəfəs almalısınız. Belə bir beyinlə elmə və alimlərə qalib gələrək adınızı insanlıq tarixinə qızıl hərflərlə yazdıracağınıza şübhə yoxdur.

Qeyd: Bu yazı zarafat yolu ilə insanları evdə qalmağa təşviq etmək üçün yazılıb. Əgər həqiqətən məcbur deyilsinizsə xahiş edirəm evdən çıxmayın. Çıxmaq məcburiyyətindəsinizsə də mütləq lazımi tədbirləri alın. Bu vəziyyətin öhdəsindən ancaq hamımız birlikdə çalışaraq gələ bilərik.

Netflixdə axtardığınız hər şeyi tapa biləcəyiniz bütün spesifik kateqoriyalar #evdəqal

Previous article

Gənc olmasına baxmayaraq Korona virusdan sağalmağın nə qədər çətin olduğunu danışan adam

Next article

You may also like

Comments

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

More in Digər