Terminlər

MVP (Minimum viable product) nədir?

0

Startup yeni ümidlər, yeni başlanğıclar deməkdir. Startup ruhu isə hər zaman böyük ümidlərlə yola çıxır: Dünya birincisi olmaq, bazarda at oynatmaq, monopoliya qurmaq, milyard dollarlıq şirkət halına gəlmək və s.

Bu böyük hədəflərlə yola çıxan startup hekayələrinin böyük bir qismi uğursuzluqla nəticələnir. Aparılan tədqiqatlara görə ABŞ-da qurulan startupların 50%-I 5 il, 70%-I isə 10 il içində bağlanılmaq məcburiyyətində qalır. Azərbaycan üçün bənzər bir araşdırma hələki yoxdur amma bu rəqəmlərin daha yüksək olduğunu təəssüflə vurğulaya bilərəm.

Rəqəmlər nə olursa olsun, bir statup üçün ən az xəyallar qədər həyati vacibiyyəti olan bir detal da “təkan verici güc” olan maddi dəstək tapmaqdır. Maddi dəstək tapmaq, hələ tam olaraq fəaliyyətə başlamayan startuplar üçün problemli ola bilər. Buna görə də startup dünyasında yer alan bəzi yanaşmalar, investisiya axtarışı prosesində bütün fəaliyyət hədəflərinin reallaşmasını gözləməyin lazım olmadığını irəli çəkir. Bu yanaşmalardan ən çox bilinəni olan MVP-ni (Minimum Viable Product) nümunə çəkə bilərik. MVP – startupınızın təklif etdiyi məhsul və ya xidmətin istehlakçı üçün ilkin versiyada nümayişə və ya satışa hazır bir halıdır. Startupınızın uğurlu olub-olmayacağını bilmək üçün onun ən ideal halını çıxartmağı gözləmək əvəzinə MVP ilə bazara çıxa bilərsiniz.

MVP-in nə olduğuna bir nümunə ilə misal çəkim:

Kənd təsərrüfatı haqqında təcrübə sahibi olan şəxslər, bir çox məhsulun hələ tam yetişmədən, yığım vaxtından aylar əvvəl satıldığını yaxşı bilir. Vasitəçilər yığım mövsümündən əvvəl tarlaları gəzərək incələmələr aparır, bağbanlarla danışırlar. Qarşılıqlı inam münasibəti yaradıldıqdan sonar tam yetişdikdə təhvil almaq şərti ilə məhsulun ödənişinin hamısı və ya bir qismi əvvəlcədən verilir. Beləliklə o tarlanın, məhsulu, yetişdiyi zaman birbaşa olaraq o vasitəçi tərəfindən təslim alınır.

İlk baxışdan vasitəçinin yetişməmiş meyvələrə nağd ödəniş edərək satın alması məntiqsiz görünə bilər. Lakin vasitəçi yığım mövsümündə tarlaya gəldiyi zaman bütün məhsulların yığılmış və başqa bir vasitəçiyə satılmış olduğunu görə bilər. Bu halın qarşısını almaq üçün isə belə bir yola əl atırlar. Həmçinin əvvəlcədən ödəniş etdiyi üçün bazar qiymətindən aşağı bir təklif verərəik məhsullara sahib olur.

Yuxarıdakı nümunəni oxuduqdan sonra MVP-in startuplar üçün yaratdığı şansı təxmin edə bilirsiniz deyə düşünürəm.  Bir investor sizin möhtəşəm ideyanıza yatırım edəcəksə o ilk əvvəl sizin yetişməmiş məhsulunuz olan “MVP”-nizə yatırım edəcək və həm ilkin mərhələdə sizə dəstək olacaq, həm də nəyə pul yatırdığını əvvəlcədən bilmiş olacaq.

Influencer Marketing nədir?

Previous article

CMS (Content Management System) nədir?

Next article

You may also like

Comments

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

More in Terminlər