DigərTexnologiya

Netflix izləyərkən İngilis dilini öyrənmək üçün möhtəşəm üsul #evdəqal

0

Bugünlərdə bir çoxumuzun evdə oturub Netflix izlədiyinin fərqindəyəm. Boş vaxtımızı dəyərləndirmək üçün film izləmək çox effektiv bir üsuldur. Bəs sizə Netflix vasitəsilə həm film izləyə, həm də dil öyrənə biləcəyinizi desəm?

Bəli, Language Learning with Netflix adlı Chrome əlavəsi vasitəsilə siz Netflixdə film və serial izləyərkən subtitrlər ilə dil biliklərinizi daha da artıra bilərsiniz.

Biz bunu onsuz da edirdik dediyinizi eşidir kimiyəm amma biraz səbrli olun, bu sadəcə altyazı deyil. Bu əlavə vasitəsilə siz Netflixdə altyazını İngiliscə edib həm İngiliscə həm də Türkcə kimi eyni anda iki altyazı ilə filmə baxa bilərsiniz. İstədiyiniz vaxt videonu saxlayıb İngiliscə (və ya hansı dildə öyrənirsinizsə) yazılmış sözə klikləyərək tərcümələrini öyrənə bilərsiniz.

Əvvəlcə bu linkdən əlavəni yükləyin. Daha sonra Netflix-ə daxil olun və izləmək istədiyiniz filmi seçin. Netflixdən filmin subtitrlərini İngiliscə seçin. Əlavənin tənzimləmələr düyməsinə klikləyərək hesab yaradın və daha sonra filmin ikinci subtitr dilini seçin və hazırdır. Eyni anda iki fərqli dildə altyazı ilə film izləyə, istədiyiniz zaman saxlayıb tərcümələrinə baxa bilərsiniz.

Ekran qeydi aldığım video ilə yazdıqlarımı daha rahat anlayacağınızı düşünürəm. Netflix ekran qeydi almağa icazə vermədiyi üçün filmin özü görünmür amma subtitrlər və tənzimləmələri görə bilərsiniz.

Netflix ilə İngilis dili öyrən

Blog yazımın faydalı olduğunu düşünürsünüzsə öz sosial media hesablarınızda paylaşa bilərsiniz. Xoş istirahətlər.

Bir bank kartı ilə limitsiz Netflix trial hesabı açmaq – #evdəqal

Previous article

Netflixdə axtardığınız hər şeyi tapa biləcəyiniz bütün spesifik kateqoriyalar #evdəqal

Next article

You may also like

Comments

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

More in Digər