Digər

Netflixdə izləyə biləcəyiniz ən bəyəndiyim 20 Koreya serialı

0

Sonuna qədər izləyəcəyiniz və heç bitməsini istəməyəcəyiniz Netflix Koreya serialları tövsiyəsi siyahımda, Romantika, Komediya, Dram, Fantastika və s. kimi mövzularda IMDB dəyərləndirməsi 7.0-dan çox olan ən bəyəndiyim Koreya seriallarını bir araya yığmışam. Burada qeyd etdiklərimdən də başqa bəyəndiyim onlarla Koreya serialı da var ki, ümid edirəm adlarını çəkmədiyim üçün pərəstişkarları məndən inciməzlər. Əgər Koreya serialları ilə maraqlanırsınızsa maraqla oxuyacağınız siyahıya başlayaq:

Sassy, Go Go

sassy go go

Sassy, Go Go, Cənubi Koreya istehsalı bir məktəb serialıdır. Çox prestijli bir məktəbdə keçən serial məktəbin ən yaxşı tələbələrinin bir dans komandası qurmaq üçün dans klubundakı uğursuz tələbələrlə iş birliyi etməsi üzərindən irəliləyir və məktəbdə yaşanan dostluğun əhəmiyyətinə  və tələbələrin sevgilərinə də vurğu edilir. Sassy, Go Go, ilk seriyadan sizi özünə bağlayan və olduqca yaxşı hiss etdirən bir gənclik serialıdır.

Janr: Komediya, Romantik, Dram

IMDb 7,5 | Sassy, Go Go – Netflix linki

Arthdal Chronicles

arthdal chronicles

Netflix-in Fantastika, Tarixi janrlarında olan Cənubi Koreya orjinal seriyası Arthdal Chronicles – Antik Koreyada, Arthdal adlı xəyali bir şəhərdə keçir. Bu əfsanəvi torpaqlarda qurulmuş olan Arthdal antik şəhərində və ətrafında yaşayanlar yeni bir cəmiyyət qurmağa çalışarkən, taleyində Arthdal-ın sonunu gətirmək olan bir uşaq dünyaya gəlir.

Janr: Fantastika, Tarixi, Dram

IMDb 8,2 | Arthdal Chronicles – Netflix linki

Oh My Venus

oh my venus

Romantik Komediya janrındakı Koreya serialı Oh My Venus, kökəldikdən sonra 15 illik sevgilisi tərəfindən tərk edilən bir vəkilin təkrar formaya girmək üçün yaraşıqlı bir məşqçidən kömək almağa başlamasından sonra yaşananları ekrana gətirir.

Janr: Komediya, Romantik, Dram

IMDb 8,0 | Oh My Venus – Netflix linki

Good Doctor

good doctor

Türkiyədə və ölkəmizdə son vaxtlar olduqca məşhur olan Mucize Doktor-un götürüldüyü Koreya serialı  Good Doctor, Savant (autizm) sindromlu bir cərrah, eyni xəstəxanada rəqabət halında olduğu başqa bir həkim ilə eyni qızdan xoşu gəlməyə başlayanda rəqabət və hekayə daha həyəcanlı bir hal alır. Bu serial sizi ilk seriyadan özünə bağlayan və verdiyi tibbi məlumatlarla ilham verən bir hala gələcək.

Janr: Dram

IMDb 8,1 | Good Doctor – Netflix linki

Love Alarm

love alarm

20 Avqust 2019-cu ildə Netflixdə nümayişə girən Romantik Koreya Serialı Love Alarm, Yaxınlarında kimsə sizin üçün hisslər bəsləyəndə istifadəçini xəbərdar edən bir tətbiq istifadə edərək, sevgini tapmağa çalışan bir qrup gəncin ətrafında keçir.

Janr: Komediya, Romantika, Dram

IMDb 7,5 | Love Alarm – Netflix linki

Romance is a Bonus Book

romance is a bonus book

Uğurlu və dahi bir yazıçı olan Cha Eun Ho işlədiyi nəşriyyat şirkətindəki ən gənc baş redaktordur lakin işində soyuqqanlı olsa da əslində isti qəlbli biridir. Kang Dan Yi bir zamanlar olduqca məşhur bir reklam yazarıdır lakin indilərdə pulsuz və işsizdir. Təsirli keçmiş karyera və mükəmməl təhsil keçmişi ucbatından bir iş tapa bilmir. Ən sonunda keçmişi haqqında yalan danışaraq Cha Eun Ho-nun işlədiyi şirkətdə işə girir və ikilinin arası gedərək romantik bir havayla dolur.

Janr: Dram, Romantika

IMDb 8,1 | Romance is a Bonus Book – Netflix linki

Something in the Rain

Netflix orjinal seriallarından olan romantik Koreya serialı Something in the Rain, uğurlu karyera sahibi bir qadının tərk edildikdən sonra ən yaxın dostunun qardaşına aşiq olmasından danışır.

Janr: Dram, Romantika

IMDb 8,2 | Something in the Rain – Netflix linki

Hello, My Twenties

“Hello, My Twenties!”, Belle Epoque adlı bir evdə qalmağa başlayan və fərqli xasiyyətlərə, fikirlərə və davranış xüsusiyyətlərinə sahib universitet tələbəsi beş qızın həyatına fokuslanır. Ən yaxşı Netflix gənclik serialları arasında yer alan bu Koreya dramı, bir çox tənqidçi və izləyici tərəfindən “möhtəşəm, enerji və əyləncə dolu” olaraq qeyd olunur.

Janr: Komediya, Dram, Romantika

IMDb 8,3 | Hello, My Twenties – Netflix linki

Stranger

Cloud Atlas və The Host kimi filmlərlə tanıdığımız və gözəlliyi Hollywood-a qədər gedib çıxan Doona Bae-nin baş rolda oynadığı bu cinayət dramında cəsur bir qadın dedektiv və hakim birlikdə siyasi pozuntunun ortasındakı bir cinayəti aydınlaşdırmağa çalışırlar. Netflixin potensialını gördüyü və qlobal izləyicilərə çatmaq fürsəti verdiyi üçün, sadəcə öz ölkəsi ilə sərhədlənməyən bu serialı mütləq izləyəcəklər siyahınıza əlavə etməlisiniz.

Janr: Cinayət, Dram

IMDb 8,6 | Stranger – Netflix linki

Strong Girl Bong-soon

strong girl bong-soon

Bu Koreya dramı, qeyri adi və hətta absurddur! Bong-soon qeyri-adi bir güclə dünyaya gəlmiş bir qadındır. Bir oyun şirkəti olan Ainsoft-un CEO-su Ahn Min Hyuk, onun güclərinə şahid olduğunda onu şəxsi mühafizəsi olaraq işə alır. Bong-soon pisliklərlə savaşarkən Min Hyuk, bir polis və özünü bir eşq üçbucağında tapır.

Janr: Komediya, Dram

IMDb 8,3 | Strong Girl Bong-soon – Netflix linki

My First First Love

my first first love

5 gənc universitet tələbəsi müxtəlif şəxsi səbəblərə görə Yun Tae O-nun evinə köçür. Burada dostluq, xəyallar və eşqi birlikdə yaşayırlar.

Janr: Dram

IMDb 7,6 | My First First Love – Netflix linki

A Korean Odyssey – Hwayugi

Çin Klassik romanı “Journey to the West” əsasında çəkilmiş bu serial, olduqca fantastic bir hekayəyə sahibdir. Xüsusi güclərə sahib qeyri-adi bir varlıq olan Son oh Gong, bir gün böyük bir səhv etdiyi üçün xüsusi gücləri əlindən alınaraq dünyaya sürgünə göndərilir və mərmər dağa həbs edilir. Son oh Gong, ruhları görə bilmək bacarığına sahib olan Jin Su Mi adlı kiçik bir qız tərəfindən xilas edilir və ona hər ehtiyacı olduğunda kömək etməkl sözü verir. Qızın tək etməli olduğu onun adını deməkdir ancaq Son oh Gong yenə bir pislik edərək qıza adını unutdurur. Bu hekayədəmn 25 il sonra Son oh Gong-un təkrar cənnətə qayıda bilməsi üçün Sam Jang-ın ətini yeməli olduğu ortaya çıxır. Sam Jang isə Son oh Gong-un balaca ikən xəyanət etdiyi Jin Su Mi-dir.

Janr: Fantastik

IMDb 8,1 | A Korean Odyssey – Netflix linki

My ID is Gangnam Beauty

Kang Mi-Rae, görünüşünə görə insanlar tərəfindən həmişə yuxarıdan aşağı baxılmış və kobudluqla qarşılaşmış biridir. Bu vəziyyətə daha çox dözə bilmir və estetik əməliyyat olur. Lakin universitetdə bu dəfə də yeni çətinliklər başlayır və insanlar Mi-Rae-yə kobud davranmağa davam edirlər. Eyni universitetə gedən Do Kyung-Seok xarici gözəllikdən daha çox daxili gözəlliyə önəm verən biridir və zamanla Mi-Rae-yə aşiq olur. Serial məşhur Koreya webtoonundan götürülüb.

Janr: Romantik

IMDb 7,6  – My ID is Gangnam Beauty – Netflix linki

Descendants Of The Sun

Cənubi Koreya Silahlı Qüvvətlərindən Kapitan Yoo Shi Jin ilə Seul-dakı Haesung Xəstəxanasında cərrah olaraq işləyən Kang Mo Yeon arasında bir eşq başlayır. Bir-birləri ilə zidd olan fikirləri onları bir-birindən ayırsa da taleyin onlar üçün başqa planları var və onlar özlərini böyük hadisələrin və ölümcül təhlükələrin ortasında tapırlar.

Janr: Fantastik, Romantik

IMDb 8,4 | Descendants of The Sun – Netflix linki

Kingdom

Webtoon-lardan götürülən başqa bir Koreya Dramı Kingdom, 2020-ci ilin martında 2-ci sezonu ilə Netflixdə bir çoxunuzun qarşınıza çıxmış ola bilər. Xəstə kral haqqında söhbətlər ölkənin hər tərəfində yayılmağa başlayarkən, ölkəni əsir alan sirrli bir virusa qarşı xalqın son ümidi varis şəhzadədir. Joseon Krallığı dövründə Koreyada keçən hekayə, ölkəni ələ keçirdən zombi virusundan bəhs edir. Corona virus günlərində maraqlı gələ bilər.

Janr: Qorxu, Dram

IMDb 8,3 | Kingdom – Netflix linki

My Secret, Terrius

Go Ae-Rin adında bir qadın həyat yoldaşını itirir. Go Ae-Rin, uğursuz keçən bir əməliyyatdan sonra hər şeydən özünü kənarlaşdıran gizli agent Kim Bon ilə birlikdə, həyat yoldaşının ölümünün arxasındakı həqiqəti ortaya çıxarmağa çalışır.

Janr: Romantik, Dram

IMDb 7,2 | Kingdom – Netflix linki

Crash Landing on You

Crash Landing on You, səmimi və romantic bir koreya serialıdır. Cənubi Koreyadakı bir holdingin varisi olan varlı bir qadın Yoon Se-ri, fırtına səbəbindən bir yamac paraşutu qəzasına uğrayır və Şimali Koreyaya eniş etmək məcburiyyətində qalır. Burada gizlənməsinə kömək edən, düşmən ölkənin hərbiçilərindən olan Lee Jung-Hyeok-a aşiq olur.

Janr: Romantik, Dram

IMDb 8,9 | Crash Landing on You – Netflix Linki

When the Camellia Blooms

When the Camellia Blooms üç cütlük arasındakı həqiqi və güclü bir eşq haqqında Romantik Komediyadır. Camellia adlı barın sahibi Dongbaek-in həyatından danışan serialın hekayəsi, yaxşı, pis və daha pis xüsusiyyətləri ilə izah edə biləcəyimiz üç adamla tanış olduqdan sonra sonsuza qədər dəyişir.

Janr: Romantik, Dram, Komediya

IMDb 8,0 | When the Camellia Blooms – Netflix linki

Abyss

Nişanlısından aldığı xəbərlə pərişan olan Cha Min bir qəza keçirir və əlinə Abyss adlı bir əşya keçir. Cha Min-in ilk və tək eşqi Go-Seon öldürülür və hər-şey bundan sonra qarışmağa başlayır. Romantika, fantastika və bəzi anlarda da komediyanın olduğu bu Koreya Dramını izləməyinizi şiddətlə tövsiyə edirəm.

Janr: Fantastik, Dram, Romantik

IMDb 7,0 | Abyss – Netflix linki

Memories of the Alhambra

2-ci sezonunun gəlməsini ümid və həyəcanla gözlədiyim Cənubi Koreya ilə ortaq çəkilmiş Netflix serialı Memories of the Alhambra, güclü bir artırılmış reallıq oyununun sirrli yaradıcısını tapmağa çalışan bir investisiya şirkətinin rəhbəri Jin-woo, İspaniyada hostel işlədən He-juu adlı bir qadınla tanış olur. İspaniya, Granadaya sizi aşiq edə bilmə potensialında olan bu serialı izləməyinizi də tövsiyə edirəm.

Janr: Fantastik

IMDb 7,8 | Memories of the Alhambra – Netflix linki

Startuplar və rəqəmsallaşan şirkətlər üçün ilkin rəqəmsal marketinq addımları siyahısı

Previous article

Rəqəmsal Marketinq nədir? Niyə Rəqəmsal Marketinq?

Next article

You may also like

Comments

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

More in Digər