Home Terminlər Viral reklam nədir?

Viral reklam nədir?

Viral reklam nədir?

İnternetin əlimiz, ayağımız, qulağımız olmadığı vaxtları xatırlamaq belə qorxulu bir hala çevrilib. Küçədə qaçdı-tutdu oynamaq, gizlən qaç, 11 tuş və s… 90-larda və daha əvvəl uşaq olmuş nəsillərdənsinizsə zənnimcə siz də bu mövzu açılanda emosionallaşırsınız. Üstümüzün su tapançasıyla, toz-torpaqla çirkləndiyi illər yerini like-lara, şərhlərə, dürtmələrə buraxdı. Netflix və bənzər platformalar özləri ilə birlikdə “spoiler” anlayışını da gətirdi. Sonra bir də baxıb gördük ki, yeni-yeni tətbiqetmələr, yeni-yeni platformalar çıxıb…

Belə olduqda isə sosial media, olduqca aktiv platformalar halında  qarşımıza çıxmağa başladı. Sosial media həmçinin son illərdə marketinq anlayışını da öz içinə aldığı üçün bura yüklənən hər məzmun çox dəyərli bir hal aldı. Bəzi məzmunlar necə oldusa “partladı”lar və yayıldılar. Bu yayılmaqlara “viral” deyilir. Daha loru dildə ifadə edəsi olsam: “Viral, bir video və ya şəkilin birdən çox insan tərəfindən sürətlə paylaşılaraq yayılması mənasını verir. Hərfi tərcüməsi virus yayılması deməkdir. Ancaq biz gündəlik istifadədə onu daha çox bir şeylərin  idarə edə bilmədiyimiz qədər sürətlə yayılması mənasında istifadə edirik. Düzü virusların da iradəmiz xaricində yayıldığını düşünəsi olsaq nəticə yenə də eyni olacaq. Tək fərq biri mənfi, digəri isə maraqlıdır”.

Təbii ki, bu viral mövzusu bir çox brendin diqqətini cəlb edir. Beləcə bir çox şirkət, uzun metrajlı, bol aktyorlu, qarışıq televizor reklamları çəkməkdənsə viral reklamlara daha çox yönlənməyə başlayır. Viral reklam, internet üstündə adətən video layihələr olaraq, sosial şəbəkələr və ya video paylaşım saytlarında istifadəçilərin öz-özlərinə yaydıqları bir reklam üsuluna verilən addır. Bu tip reklamlar həm şirkətin özü həm də istifadəçisi tərəfindən çəkilə bilir.

İstifadəçi tərəfindən çəkilən viral reklamlar adətən sosial şəbəkələrdə yayılır. İstifadəçi təsadüfən bir şirkətin məhsulunu hədəf alan və ya tərifləyən bir video çəkir. Video uğurlu olur və insanlar tərəfindən paylaşılır. O qədər yayılır ki, viral halına gəlir və hər kəs bu videodan danışır.

Bir də şirkət özü tərəfindən hazırlatdırılmış viral reklamlar var.  Burada isə işlər şirkətin professional bir komandaya reklam layihəsi verməsi ilə başlayır. Belə reklamlar əslində həvəskar bir reklam kimi görünür, şirkətin yox, təsadüfi insanların çəkdiyi sadə bir reklama oxşayır. İstifadəçi reklama boğulmur.

Aşağıda Türkiyənin Gittigidiyor platforması üçün hazırlanmış olan Viral reklamlardan birini nümunə olaraq əlavə edirən:

Leave a Reply

Your email address will not be published.