DigərRəqəmsal Marketinq

WordPress nədir? WordPress.org və WordPress.com arasında nə fərq var? Pulsuz blog saytı necə yaradılır?

0

Bu dəfəki yazımda mənim də öz saytımda istifadə etdiyim WordPress nədir? WordPress necə istifadə edilir? WordPress.com ilə WordPress.org arasındakı fərqlər nələrdir? suallarının cavabını verəcəm.

Başlıqdakı sual 2020-ci ildə soruşmaq üçün biraz gülməli görünsə də yenə də sektora və bu tip mövzulara uzaq olan insanlar üçün olduqca vacib bir sualdır. Bir çox insan WordPress-in həqiqətən nə olduğunu bilmir. “Tema” olduğunu düşünənlər, “wix.com” tipli konstruktor saytı olduğunu düşünənlər, “proqramlaşdırma dili” olduğunu düşünənlər… Bu tip düşüncələrin sayının az olmaması mənə bu yazını yazdırdı deyə bilərəm. Əslində bu yazı sizə ödənişsiz olaraq təqdim edəcəyim Azərbaycan dilində ən geniş izahlı WordPress dərslərinin də bir başlanğıcı sayıla bilər.

WordPress Nədir?

WordPress, məzmun idarəetmə sistemidir. MysSQL və PHP ilə yazılıb və GPL lisenziyalıdır. İlk başlarda bloq saytları yaratmaq üçün hazırlanmış WordPress, inkişaf etməyə davam edərək artıq demək olar ki, hər cür sayt hazırlamaq üçün əlverişli bir sistemə çevrilib.

WordPress daxilindəki əlavələr (plugin) və mövzular istifadə etmək kimi bir funksionallıq olduğu üçün zamanla istifadəçilər, freelancer və şirkətlər tərəfindən bir çox tətbiq və dizayn hazırlanaraq WordPress çox inkişaf etdirilib. Eyni anda bir mövzu istifadə edə bilərkən yüzlərlə əlavə istifadə edə bilərsiniz. Əlavələr saytınıza bir-birindən fərqli xüsusiyyətlər qazandırmaq üçün istifadə edilir.

WordPress ödənişsizdir. GPL lisenziyasının olması bunu təsdiqləyir. Lakin WordPressin GPL lisenziyalı açıq mənbə kodlu versiyası WordPress.org ilə yanaşı nisbətən daha sadə struktura malik olan bulud həlli WordPress.com da mövcuddur.

WordPress ilə yeni tanış olanların ağlında mütləq bu suallar yaranır. “WordPress.com ilə WordPress.org arasındakı fərq nədir? Hansı daha üstündür? “.

Bu yazımda bu əsas suallara cavab verməyə çalışacam. Əvvəlcə bir cədvəl vasitəsi ilə fərqləri qısaca izah etməyə çalışım. 

FunksiyaWordPress.ORGWordPress.COM
HostingLazımlı faylları yükləyərək öz hostinqinizdə blogunuzu yerləşdirə və faylları oradan idarə edə bilərsiniz.Hosting xidməti şirkətin öz serverlərindədir və siz blog-adı.wordpress.com kimi bir adresslə və ya şəxsi domen adınızı yönləndirərək bu xidmətdən yararlana bilərsiniz.
QiymətBlog üçün lazımlı faylları (scripti) ödənişsiz əldə edirsiniz lakin domen və ya hostinq almaq üçün müəyyən qədər ödəniş etməli olacaqsınız. Pro versiya üçün illik 99$ ödəməlisiniz. Pro versiyada 13 GB yaddaş sahəsi və bəzi əlavə xüsusiyyətlərə sahib olursunuz.
Blog hazırlama müddətiTəxmini 30 dəqiqəTəxmini 5 dəqiqə (Sadəcə qeydiyyatdan keçmək müddəti)
Mövzu (Görüntü)www.wordpress.org/themes saytından 1500-ə yaxın ödənişsiz mövzu içərisindən istədiyinizi quraşdıra bilərsiniz və ya digər servislərin təklif etdikləri minlərlə ödənişli mövzulardan birini satın ala bilərsiniz.Məhdud sayda mövzu mövcuddur 100-ə yaxın ödənişsiz və digər ödənişli mövzulardan istifadə edə bilərsiniz.
Qoşma yükləməkTəxminən 15.000 qoşmadan istədiyinizi istifadə edə bilərsiniz.30-a yaxın qpşma var və bunları ancaq pro versiyada istifadə etmək mümkündür.
Reklamİstədiyiniz kimi reklam qəbul edə bilərsinizAylıq 25.000 səhifə görüntülənməsinə sahib olmadan sayta reklam yerləşdirə bilmərsiniz
Yenilənmə-təhlükəsizlik və s.Saytın bütün işlərində məsuliyyət sizə aiddir. Lazımlı yenilənmələri etmək (sadəcə bir düymə ilə) sizin işinizdir. Təhlükəsizlik üçün də cavabdehliyi özünüz daşıyacaqsınız.Bu barədə artıq düşünməyin, siz sadəcə blog yazılarınızı yazın, bütün bunları WordPress.Com özü edəcək və saytınızın təhlükəsizliyini də qoruyacaq.
Yaddaş (GB)Saytınızı yerləşdirəcəyiniz yaddaş sahəsi aldığınız hostinqdən asılıdır.3 GB-a qədər ödənişsizdir. 

Mövzu Fərqi

WordPress.com ilə bir blog yaratdığınızda mövzuları WordPress-in sizə təklif etdikləri içərisindən seçmək məcburiyyətindəsiniz, öz mövzunuzu yaratmağınız və ya CSS kimi mövzunuzun görüntüsündə dəyişiklik etməyə yarayan fayllara daxil olmaq icazəniz yoxdur. Ancaq 30$ ödəniş qarşılığında CSS-də dəyişiklik etmək mümkündür. WordPress.org-da isə yenə də istədiyiniz mövzunu seçə bilərsiniz ancaq bunun xaricində bütün fayllarda dəyişiklik etmək, istədiyiniz mövzunu yükləmək kimi üstünlüklərə sahib olursunuz. 

Qoşma Fərqi

WordPress.com öz ödənişli qoşmalarına sahib olub internet mühitində haradasa ağlınıza gələ biləcək sonsuz sayda qoşmaları istifadə etmək şansını sizə tanımır. WordPress.org-da isə vəziyyət fərqlidir və burada istədiyiniz qoşmadan istifadə edə bilərsiniz.

Reklamlar

WordPress.com ilə hazırladığınız blog üçün aylıq 25.000 girişə çatmadığınız müddətcə reklam qəbul etməyiniz mümkün deyil və reklamlardan alacağınız gəlirin bir qismini şirkətə verməlisiniz. Əlavə olaraq ödənişsiz olaraq hazırladığınız blog saytlarınıza şirkət öz reklamlarını yerləşdirir. WordPress.org-da isə şirkətin reklamları saytınızda göstərilmir və istədiyiniz kimi reklamları özünüz hazırlayıb, qəbul edərək pul qazana bilirsiniz.

Təhlükəsizlik

Təhlükəsizlik mövzusunda WordPress.com-da bütün backup, virus qoruması və s. proseslər WordPress-in özü tərəfindən təşkil edilir, sizin hər hansı bir əlavə iş görməyə ehtiyacınız yoxdur. WordPress.org-da isə bütün bunlardan saytı hazırlayan şəxs cavabdehdir.


Ümumi olaraq bunu deyə bilərik ki, əgər yeni başlayan bir bloggersinizsə və mən hostinqdən, domen adından, təhlükəsizlik işlərindən və s. anlamaram deyirsinizsə WordPress.com ilə işə başlasanız daha məqsədəuyğundur. Yox mənim bütün bunlardan anlayışım var və bütün idarəsinin məndə olacağı bir blog saytı istəyirəm deyirsinizsə siz də mənim kimi WordPress.org-u seçə bilərsiniz.

WordPress.com ilə necə blog saytı hazırlamaq olar?

WordPress.com ilə blog saytı hazırlamaq olduqca asan bir prosesdir və bunun üçün proqramçı dəstəyinə belə ehtiyac yoxdur. Azərbaycan dili dəstəyinin olması da işlərinizi ümumiyyətlə çox asan hala gətirəcək.

WordPress.com ilə blog saytı açmaq üçün ilk öncə https://wordpress.com/start/user/survey-user/az səhifəsinə daxil olaraq qeydiyyatdan keçməlisiniz.

Wordpress blog açmaq üçün qeydiyyatdan keçmək
Addım 1/3

Daha sonra açılan pəncərədən blogunuz üçün istifadə etmək istədiyiniz domen adını daxil edin və seçin. Mən reqemsalmarketinq.wordpress.com olan variantı seçirəm. Qeyd edim ki, pulsuz subdomen variantını seçsəniz istənilən vaxt ödənişli varianta keçərək öz domen adınızı blogunuza bərkidə bilərsiniz.

Wordpress ilə domen adı almaq

Daha sonra açılan bölmədən isə istədiyiniz tarif paketini seçə bilərsiniz. Başlanğıc üçün Start with a free site linkinə daxil olaraq ödənişsiz versiyada istifadəni seçə bilərsiniz. Aşağıda paketlərin hər birinin hansı üstünlükləri olduğunu görməyiniz mümkündür. Mən isə sizə ödənişsiz versiyada necə istifadə edə biləcəyinizi qeyd etdiyim üçün pulsuz versiyanı seçirəm.

Planı seçin

Növbəti mərhələdə siz artıq qeydiyyatınızı tamamlayaraq, WordPress idarəetmə panelinə daxil olmuş olursunuz.

İdarəetmə paneli

Ana səhifədə görünən Site Setup List bölməsindən sizə verilən tapşırıqları yerinə yetirərək başlanğıc üçün qane edici blog saytına sahib ola bilərsiniz.

1) Update your homepage bölməsinə daxil olaraq Ana Səhifənizin (saytın açılış səhifəsinin) dizaynını tənzimləyə bilərsiniz.

2) Qeydiyyat zamanı yazdığınız email ünvanına gələn maildən WordPress hesabınızı təsdiqləyin.

emailinizi təsdiqləyin

3) Site setup listdə yer alan Launch site düyməsinə daxil olaraq artıq blog saytınızı canlı hala gətirə bilərsiniz. Açılan səhifədə öz domen adınızı seçə və ya pulsuz wordpress.com ilə olan subdomenini seçə bilərsiniz.

domen seçin
wordpress

Və artıq saytınız hazırdır.

İndi isə digər xırda dəyişikliklərə keçid edə bilərsiniz. Yan tərəfdəki paneldə yerləşən Səhifələr bölməsinə daxil olaraq saytınızdakı statis səhifələr üzərində dəyişiklik edə, yeni statik səhifə əlavə edə bilərsiniz.

səhifələri düzəldin

Səhifələr üzərində tənzimləmələri apardıqdan sonra Yazılar bölməsinə daxil olaraq yeni blog yazılarınızı əlavə edə, mövcud blog yazılarını silə və ya dəyişdirə bilərsiniz.

blog yazıları yazın

Düzənləmə panelinin altında yerləşən Özəlləşdir bölməsinə daxil olmaqla isə siz saytınız üzərində icazə verilən özəlləşdirmə işlərini apara bilərsiniz. Bura saytınızın başlığını, şüarını və logosunu təyin etmək, menyular üzərində dəyişiklik etmək, xüsusi vidcetlər əlavə etmək kimi funksionallıqları özündə əks etdirir.

saytınızı özəlləşdirin

Özəlləşdirmə ilə eyni paneldə yerləşən Mövzular bölməsindən isə siz saytınızda istifadə edə biləcəyiniz dizaynları (tema) seçə bilərsiniz. Ödənişsiz mövzular ilə yanaşı premium planlarda istifadə edə biləcəyiniz ödənişli mövzuları da görə bilərsiniz.

wordpressdə mövzu

Digər tənzimləmələr ilə də tanış olaraq daha peşəkar bir sayta sahib ola bilərsiniz. Lakin yuxarıda da qeyd etdiyim kimi WordPress.com təhlükəsizlik məqsədilə məhdud imkanlar verdiyi üçün arzuladığınız saytı tam olaraq hazırlaya bilməsəniz də başlanğıc üçün kifayət qədər qənaətbəxş bir blog saytınız ola bilər.

Test üçün bu məqaləni yaza-yaza hazırladığım mini-sayt ilə buradan tanış ola bilərsiniz: https://reqemsalmarketinq.wordpress.com/

Əgər yuxarıda yazdığım mərhələlərə əməl etmisinizsə, təbriklər, artıq sizin də WordPress.com-da bir blogunuz var.

Kifayət qədər istək olarsa WordPress.org vasitəsi ilə öz hostiniqinizdə daha peşəkar blog saytı yaratmaq barədə yeni bir təlimat yazısı da paylaşacam. Siz də öz növbənizdə əgər blog yazımı bəyəndinizsə paylaşmağı unutmayın.

Əlavə suallarınız olsa aşağıdakı rəy bölməsindən birbaşa olaraq mənə yönləndirə bilərsiniz. Xoş bloglar…

İbtidai sinif şagirdləri üçün möhtəşəm tətbiq – EVTA nədir?

Previous article

Evdə Sinema: Bir-birinizi görərək və eşidərək Netflix izləməyin üsulu

Next article

You may also like

Comments

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

More in Digər