Zoom proqramı son müddətlərin ən çox axtarılan və mənim də haqqında yazdığım çox funksional bir tətbiqdir. Həm mobil həm də, veb versiyası mövcud olan, müəllimlər üçün və təhsil sektoru üçün əvəzedilməz olan Zoom Proqramı nədir? Nə işə yarayır? Necə istifadə edilir? kimi sualların detallı cavablarını bu blog yazımda sizlər üçün paylaşıram.

Zoom Cloud Meeting nədir?

Zoom, bulud texnologiyasını istifadə edərək xidmət verən və istifadəyə verildiyi 2011-ci ildən bəri aktiv olaraq istifadə olunan bir video konfrans alətidir. İstifadəçilərin səsli və görüntülü xəbərləşməsinə imkan verən bənzər proqramlar arasında son vaxtlar ən çox seçilən tətbiq olaraq diqqət cəlb edən Zoom-un dünyada təxminən 3 milyona yaxın bir istifadəçi kütləsi mövcuddur.

Zoom, video konfrans görüşləri ilə yanaşı sadəcə səsli zənglər, webinar keçirmək, ekran paylaşımı etmək, iclasları yadda saxlamaq və canlı qrup yazışmalarına da imkan verir.

Zoom cloud meeting, Zoom proqramı vasitəsilə bir video konfrans yaratmaq üçün istifadə edilir. Qoşulanların Zoom hesabı olmadan da görüşlərə qoşulmasına imkan verən proqram, sadəcə şirkət daxili deyil, müştəri ya da vakansiyalara namizədlərlə görüşlər üçün də istifadəyə uyğun, praktiki bir vasitə olaraq mənim də sizlərə tövsiyyə edə biləcəyim bir proqramdır. Zoom istifadə edilərək keçirilən bir iclasa telefonla qoşulmaq da mümkündür.

Zoom proqramında iclaslara qoşulmaq için tətbiqetməni endirməyiniz vacib deyil, sizə göndərilən linkə daxil olmaq qoşulmaq üçün kifayətdir. Yenə də tətbiqi mobil cihazınıza və ya kompüterinizə yükləmək işinizi asanlaşdıra bilər.

Zoom, digər video zəng proqramları arasında, telefondan ekran paylaşmağa icazə verən hələki yeganə tətbiqetmədir.

Zoom proqramı ödənişlidir mi?

Zoom proqramının həm ödənişli həm də ödənişsiz paketləri mövcuddur. Proqramı ödənişsiz istifadə edə bilərsiniz lakin qeyd edim ki, bəzi funksiyalar ödənişsiz versiyada işləmir.

Ödənişsiz olaraq istifadə edə biləcəyiniz Zoom-da limitli sayda zəng edə bilərsiniz və belə görüşlərə qoşula biləcək şəxs sayı 100 ilə limitlidir. Ödənişsiz versiyada bu görüşləri yaddaşa yazmaq imkanı da mövcud deyil.

Təkətək edilən görüşlərdə danışıq ya da video müddəti üçün məhdudiyyət yoxdur. Əgər Zoom üzvlüyünüz yoxdursa 2 nəfərdən artıq iclaslarda danışıq müddəti 40 dəqiqə ilə məhdudlaşdırılıb, 40 dəqiqədən sonra görüşün təkrar qurulması lazımdır.

Zoom-un istifadəçilərə təklif etdiyi paketləri aşağıdakı cədvəldən incələyə bilərsiniz.

BasicProBusinessEnterprise
ÖdənişsizAylıq 14.99$Aylıq 19.99$Aylıq 19.99$
Ən çox 100 nəfərlik görüşlər100 nəfərlik görüşlər, əlavə ödənişlə iştirakçı sayını artırmaq olar.300 nəfərlik görüşlər, əlavə ödənişlə iştirakçı sayını artırmaq olar.500 nəfərlik görüşlər, 1000 nəfərə qədər artırmaq mümkündür.
Təkətək görüşlərdə vaxt limiti yoxdur. 3 nəfərdən artıq iştirakçı olan görüşlərdə 40 dəqiqə limiti mövcuddür.3 nəfərdən çox iştirakçısı olan görüşlər 24 saata qədər mümkündür.3 nəfərdən çox iştirakçısı olan görüşlər 24 saata qədər mümkündür.3 kişiden fazla katılımcılı görüşmeler 24 saate kadar kesintisiz
Fərdi istifadəçilər üçün kifayət edir. Anlıq ya da planlanmış zənglər etmək, arxa fonu dəyişdirmək, ekran paylaşmaq, təqvim əlavəsi kimi bir çox xüsusiyyət mövcuddur. Kiçik müəssisələr üçün Hesab sahibi olan istifadəçilər qoçulanların “çat” funksionallığını bağlaya bilirlər. Buludda 1 GB-lıq yaddaş sahəsi də qeydə alınan görüşlər üçün təqdim edilir. Kiçik və Orta şirkətlər üçün Qoşulma linkinə şirkət adını yerləşdirmək funksiyası və Buludda 1 GB-lıq yaddaş sahəsi təqdim edilir.Böyük şirkətlər üçün digər paketlərdəki funksiyalarla yanaşı əlavə olaraq Buludda Limitsiz yaddaş sahəsi də təqdim edilir.

Zoom-a qeydiyyatdan keçmək seçimləri

Zooma qeyd olmaq üçün iş üçün istifadə etdiyiniz mail ünvanınızla yanaı Gmail ya da Facebook hesabınızı da istifadə edə bilərsiniz.

Zoom görüşlərinə, görüş linkinə sahib olduğunuz halda heç bir qeydiyyata ehtiyac olmadan da qoşula bilərsiniz. Əgər ödənişli üzvlüyünüz yoxdursa qoşulma 40 dəqiqədən sonra kəsiləcək.

Zoom proqramını yükləmək; Mac ya da Windows üçün

Zoomu tez-tez istifadə edirsinizsə sizə məsləhətim proqramı cihazınıza endirməyiniz olacaq. Zoomu həm kompüterinizə, həm də ağıllı telefon və ya planşetlərinizə bu linkdən endirə bilərsiniz.

Kompüterinizə endirmək üçün “Zoom Client for Meetings”, ağıllı telefon ya da planşetiniz üçün səhifənin aşağısına enib “Zoom Mobile Apps” başlığının altındakı linklərdən istifadə etməlisiniz.

Zoom necə istifadə edilir?

Böyük şirkətlər görüşlərdə hər hansı bir limitə məruz qalmamaq üçün Zoom-un ödənişli versiyasından istifadə edirlər. Lakin ödənişli versiyadan istifadə etmədən ya da proqramı kompüterinizə quraşdırmadan da sizinlə paylaşılan link vasitəsilə görüşlərə qoşula bilirsiniz.

Təqdimat, tədris məqsədi ilə yaradılmış Zoom iclaslarına dinləyici olaraq qoşulmusunuzsa mikrofonunuzun bağlı olmasına diqqət edin. Suallarınızı ekranın aşağısında yerləşən “chat” bölməsinə daxil olaraq yönləndirə bilərsiniz.

Zoom iclaslarına necə qoşulmaq olar?

Bir Zoom iclasına qoşulmaq üçün ilk olaraq sizə göndərilən dəvət linkinə daxil olmalısınız. Bu linkə daxil olduğunuzda qarşınıza iki seçim çıxır: Zoom tətbiqini ödənişsiz olaraq sisteminizə yükləyə bilər bə ya yükləmədən “launch” seçimindən iclasa qoşula bilərsiniz.

Zoom tətbiqini kompüterinizə qurub mail hesabınızla daxil olduğunda dəvət edildiyiniz iclasları görə biləcəyiniz bir bölmə mövcud olur. Bu bölməni istifadə edərək də iclaslara qoşula bilərsiniz.

Əgər siz özünüz bir Zoom görüşü planlamaq və idarə etmək istəyirsinizsə ilk edəcəyiniz şey proqramı istifadə edəcəyiniz cihaza endirmək olmalıdır. Daha sonrası üçün isə izləməli olduğunuz addımlar:

  • “Schedule a New Meeting” düyməsinə klikləyin.
  • İclasın mövzusunu (Topic), başlanğıc zamanını və nə qədər davam edəcəyini təyin edin.
  • Əgər mütəmadi bir iclas olacaqsa “Recurring Meeting” qutusunu seçin. Nə qədər sıxlıqla təkrarlayacağınızı açılan yeni pəncərədən seçin.
  • İstifadə etməyi seçdiyiniz bir təqvim tətbiqetməsi varsa qeyd edin.
  • Bütün tənzimləmələrinizi etdikdən sonra “Schedule” düyməsinə daxil olaraq görüşü yaradın.
  • Copy the invitation” bölməsində yerləşən linki istədiyiniz şəxslərlə bölüşərək onları Zoom görüşünüzə qoşa bilərsiniz.

Zoom görüşlərinizi gizlətmək üçün şifrə təyin etməyi düşünə bilərsiniz. Ən çox 10 simvoldan ibarət olan bir şifrə linkə sahib olan hər hansı bir şəxsin parolu bilmədən iclasa qoşulmasına mane olur. “Meeting Password” bölməsindən görüşünüzə parol təyin edə bilərsiniz.

Zoom Meetings-də arxa fonu dəyişdirmək. Evdə ya da çöldə bir video konfrans edərkən arxanızda görünməsini istəmədiyiniz şeyləri gizlətmək üçün Virtual Background funksiyasını istifadə edə bilərsiniz. Zoom-un sizə təklif etdiyi arxa plan xaricində sizin də şəkil əlavə edə biləcəyiniz bu xüsusiyyəti Tənzimləmələr ( tətbiqin yuxarı sağ küncündəki tənzimləmələr işarəsinə daxil olmalısımız) bölməsindəki “Virtual Background” düyməsindən əldə edə bilərsiniz.

Zoom-da səs gəlməmək problemi

İclas sırasında qarşı tərəfin səsini eşitməkdə çətinlik çəkirsinizsə sizinlə ya da danışan şəxsin interneti ilə bağlı bir problem ola bilər.

Hər hansı bir görüşdən qabaq öz internetinizin sürətini yoxlayın. Mikrofon və qulaqlığınızı test etmək üçün:

  1. Tətbiqdən “Settings” bölməsinə gedin.
  2. Açılan pəncərədən “Audio”  düyməsinə klikləyin.
  3. Yeni pəncərədə “Test Speaker” və “Test Mic” bölmələrini yoxlayın.
  4. Hər hansı bir problem yaşayırsınızsa “Test Speaker” və “Test Mic” bölmələri ilə yanaşı yerləşən bölmədən mənbələrini dəyişdirərək, testi təkrarlayın.

Görüş ərzində səs ya da mikrofonla bağlı bir problem yaşasanız yenə də ekranınızın sol alt küncündən tənzimləmələrinizi idarə edə bilərsiniz.

Write a comment