Jamil Sultanli.
Rəqəmsal Marketinq

Time to Conversion (TTC)

TƏRİF

Bir istifadəçinin brendlə ilk təmasından (reklama klikləmək, sayta daxil olmaq) onun müştəriyə çevrilməsinə (satınalma etməsinə) qədər keçən ümumi vaxt müddətidir.

HESABLANMA DÜSTURU
TTC = Müştəriyə Çevrilmə Tarixi - İlk Təmas Tarixi

Ətraflı İzah

Time to Conversion (TTC) marketoloqlara satış dövrünün (sales cycle) uzunluğunu anlamağa kömək edir. Əgər TTC çox uzundursa, bu, müştəri yolunda (customer journey) maneələrin olduğunu və ya istifadəçilərin qərar vermək üçün kifayət qədər məlumata malik olmadığını göstərir.

TTC-ni qısaltmaq marketinq kampaniyalarının ROI-ni yüksəldir və müştəri qazanma xərclərini (CAC) azaldır. Bu metrik xüsusilə uzun qərarvermə mərhələsi olan B2B və bahalı e-ticarət məhsullarında kritikdir.

PRAKTİK NÜMUNƏ

Bir istifadəçi 1 May tarixində sizin Google reklamınıza klikləyərək saytınıza daxil olub. O, 15 May tarixində isə saytınızdan məhsul satın alıb. Bu müştəri üçün TTC = 15 gün - 1 gün = 14 gündür.

Açar Sözlər
#time to conversion#ttc nədir#konversiya müddəti#satış dövrü#müştəri səyahəti